MODERATOR.AZ, SƏNƏ AR OLSUN!

Стандартный

Bu gün “Moderator.az saytında “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimovun məşhur xanəndələr Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrinə istinadla” bir yazı gedib, adı belədir “Üzeyir Hacıbəyov Bülbülə niyə “ar olsun” yazdı?” (http://www.moderator.az/news/120467.html)

İstəyən, özü oxuya bilər. Ancaq bir neçə şey çox təəccüb doğurur:

  1. Şövkət Ələkbərova İtaliyada təhsil almayıb, bu gözəl müğənnin milanlıq səsi olmayıb. Milanda təhsil alan Şövkət Məmmədovadır. Özü də inqilabdan qabaq.
  2. Üzeyir Hacıbəyov “Sənsiz romansını 1941-ci ildə yazıb. Bülbül isə Milanda 1927-31-ci illərdə stajçı olub. Və elə bu iki fakt “Cahid Kərimova istinadla” yazılmış məqalənin başdan-ayağa yalan olduğunu göstərir.
Реклама

Обсуждение закрыто.