6 FEVRAL — NAXÇIVANLI MİLLİ QƏHRƏMAN MİRƏSGƏR SEYİDOVUN DOĞUM GÜNÜ

Стандартный

Mirəsgər_Seyidov

Mirəsgər Seyidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

«Dənizdən-dənizə böyük Ermənistan» xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu.

vikipediya

Реклама

Обсуждение закрыто.