AZƏRBAYCAN ƏSİLLİ AMERİKALI ALİM LÜTFİ ZADƏNİN 90 YAŞI TAMAM OLUR

Стандартный

ЛУТФИ

Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində «İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu» yaradılmışdır.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Fanya Koriman Ələsgərzadənin ailəsində dünyaya gəlib.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Лотфи Заде (англ. Lotfi Askar Zadeh — Лотфи А. Заде, азерб. Lütfi Zadə — Лютфи Заде, также азерб. Lütfəli Əsgərzadə — Лютфали Аскерзаде; род. 4 февраля 1921, Новханы, Азербайджанская ССР) — американский математик и логик, основатель теории нечётких множеств и нечёткой логики, профессор Калифорнийского университета (Беркли).

Обсуждение закрыто.