31 YANVAR 1902 — ŞAMAXI ZƏLZƏLƏSİ

Стандартный
31 YANVAR 1902 — ŞAMAXI ZƏLZƏLƏSİ

1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olmuş, torpağın dərin qatlarına gömülüb. Təsadüfi deyil ki o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti «Qiyamət günü» ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər. Məlumatlara görə 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb. Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı uezdində yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı. Zəlzələdən sonra hökümət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlib. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan «Niva» adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hal-hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.

VİKİPEDİYA

Zəlzələdən 5 gün sonra — fevralın 5-də “Kaspi” qəzeti öz reportajında yazırdı:

“Şəhərin aşağı və orta hissəsi, yəni, tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey — məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri — hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi… Rus-tatar məktəbi uçub. Şamaxının yuxarı hissəsi — erməni məhəlləsi də dağılıb və cəmisi 30-40 ev salamat qalıb. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib. Bu hissədə küçələr enli olduğundan ölənlər azdır. 30 erməninin və 200 müsəlmanın cəsədləri çıxarılıb. Esablamalara görə, uçqunların altında hələ 2 min adam qalmaqdadır.”.

http://archive.teleqraf.com/news.php?id=26578#.Vq2fKIemT4Y

 

Обсуждение закрыто.