
AKT
1919-cü il fevralın 6-cı günündə.
Mən, Balaoğlan- Qubalı kəndinin kəndxudası, 217 ev sayında kəndin seçilmiş möhtərəm sakinləri ilə bilikdə aşağıdakılar barədə akt tərtib edirik: 1918-ci ilin mart ayında ermənilərin kəndimizə hucumu zamanı kənd sakinləri aşağıdakı ziyanlara məruz qaldılar:
1.Öldürənlər: kişi — 400, qadın — 290, uşaqlar — 348.
- Yaralananlar: kişi -40, qadın — uşaqlar -40.
- 300.000 rubl məbləğində 207 ev və tikindi dağıdılıb. (Sənədin əslində 300.000 rəqəminin üstündən xətt çəkilib, görünür bu məbləğ səhvdir).
- 285.000 rubl dəyərində ev, tikililər yandırılıb.
- 30.000.000 manat dəyərində 10.000 baş iri buynuzlu mal-qara qovulub aparılıb və öldürülüb.
- 15.000.000 dəyərində 15.000 baş xırda heyvan və qoyun.
- 24.000.000 rubl dəyərində ev əşyları, kənd təsərrüfatı alətləri, çörək və taxıl talan edilərək aparalıb.
- 100.000 dəyərində tut və üzüm bağları sıradan çıxarılıb.
- 10.000.000 rubl dəyərində məhsul… və çörəklər aparılıb və zay edilib.
- Əkilməmiş sahələrdən dəyən ziyan 10.000.000 r.
- Bütün ziyanlar 8.978.500 (? min) rub. (Belə aktlar Padar, Təəzə ceqirli, köçyeri Xila, Şorbaçı, Paşalı, Kövlər, Kazımi, Talış, Meinimanq, Abdulyan, Kolanı -Turanı, dağ Kolanısı, Bzoavend Rəhimli, Rəhim Ağalı, Qaraqaşlı, Rəncbər, Qaraqaşlı Arat, Nəvaqi, Kuruzma kəndlərinin kəndxudaları tərəfindən tərtib edilmişdir).
Möhür
Kənd kəndxudası imza
Kənd mollası imza
Ağsallar 7 imza
Müttəfiq orduların baş komandanı əlahəzrət Tomsona şamaxılıların vəkil etdiyi Bakı şəhərində yaşayan Hacı Sol-Zamanov, Hacı Mir İsmayıl və Meşəli Abdul Hüseyn Nadirovdan.
Mənbə: MDAor AzSSR,F.1061, op.1,i.99, l.12