26 YANVAR — BÖYÜK MAARİFÇİ FİRUDİN KÖÇƏRLİNİN DOĞUM GÜNÜ

Стандартный

Kocharli
26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada anadan olub.

Firudin bəy Köçərli Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori, Gürcüstan) Azərbaycan bölməsində dərs deyib, 1906-cı ildə Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib.

Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ildə Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.

Обсуждение закрыто.