12 YANVAR 1989 — AZƏRBAYCAN DAĞLIQ QARABAĞ ÜZƏRİNDƏ FORMAL NƏZARƏTİ DƏ İTİRİR

Стандартный

12 января 1989-го года Верховный Совет СССР принимает решение о создании в Нагорном Карабахе Комитета особого управления под руководством Аркадия Вольского. Это решение было очередным незаконным шагом в направлении выхода области из-под азербайджанского контроля.

12 января 1989

Ermənistanın Ali Soveti hələ 1988-ci il iyunun 15-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında” qərar qəbul etmişdi. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək mərkəzi hakimiyyətdən — SSRİ Ali Sovetindən Ermənistanın bu hərəkətlərini önləməyi xahiş etmişdi.

1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin qərarını «yolverilməz» adlandırdı və onu ləğv etməyə çağırdı. Yerevan bu çağırışı saya salmadı.

1989-cu il 12 yanvarında Azərbaycan SSR Dağlıq Qarabağ üzərində formal hüquqi nəzarəti də itirdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti muxtar vilayətdə birbaşa Moskvaya tabe olan «xüsusi idarə forması»nın tətbiq edilməsi barədə fərman verdi.

Bunun ardınca azərbaycanlı əhaliyə qarşı hücumlar genişləndi. 1989-cu il iyulun 14-də Steparakert şəhərində R.Zorge küçəsi, 51 ünvanındakı yaşayış binasında törədilən partlayış nəticəsində onlarla insan yaralandı, binada yaşayan 26 azərbaycanlı ailəsi şəhəri tərk etməli oldu.

Реклама

Обсуждение закрыто.