3 YANVAR 1804 — RUSLAR GƏNCƏ QALASINI İŞĞAL EDİB

Стандартный

Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — Rusiya imperiyası əsgərlərinin 3 yanvar 1804-cü ildə Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi.

Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildə dən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə “Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran» idi. Bax, buna görə də «bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik» idi.

Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi  və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.

Gəncənin alınması bu ərazidən hücumlara məruz qalan Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etdi. Digər tərəfdən Qacarlar sülaləsinin hökmranlıq etdiyi İranın himayəsində olan Gəncənin işğalı İranda mənfi qarşılandı və faktiki olaraq Birinci Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu.

Взятии_штурмом_крепости_Гянджи.jpg

 

1804-cü il yanvarın 3-də Gəncə qalasına hücum. Rəssam Adolf Şarleman. Rus ordusunun üzərinə atılan neftə batırılmış bükülü burkalar görünür.

Vikipediya

Обсуждение закрыто.