21 DEKABR — DÖYÜŞÇÜ VƏ ALİM ZİYA BÜNYADOVUN DOĞUM GÜNÜ

Стандартный

Ziya_Bünyadov

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qukasova idi.

Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra yaşına iki il əlavə edib Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində

Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilərZiya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. 1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu  Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir. Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954-cü ilin may ayında namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıtmışdır.  Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmişdir. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda «Orta əsirlər tarixi» şöbəsinin rəhbəri olmuşdur.1964-cü ildə o, doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almışdır. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 

Bünyadov 1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasını Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir.

1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri idi. 1992-ci ildə Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini,.1995-ci ildə Milli Məclisin deputatı  seçilmişdir. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi. 23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilmişdi.

vikipediya

 

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s