«MOLLA NƏSRƏDDİN»Ə SALYANDAN: SƏKKİZ YERDƏ ŞƏRABXANAMIZ VAR

Стандартный

SİZİ DEYİB GƏLMİŞƏM 

SƏLYAN

Cənab ümdəti-üləma Axund Molla Nəsrədddin!

Məlum ola ki, hal-hazırda cəmi müsəlmanlar üçün məlumat verirsiniz, amma bizim Səlyana gəldikdə bilmərrə fəramuş etmirsiniz. Aya bizləri müsəlman bilmirsiniz ya şəhərimizi paşənd etmirsiniz? Əgər şəhərimizi bəyənmirsinizsə, pəs bizim şəhərə nabələdsiniz, bəndə sizə müərriflik edim: Səlyan qəsəbəsi kiçik bir yer olub cümlətan on səkkiz miin can var, bunların iyirmi nəfəri xaçpərəstdir, əlbaqi müsəlman. Səkkiz yerdə şərabxanamız var, şəhərimizin hər tərəfinə baxsan, lillahilhəmd tiryəkxana mövcuddur. Hamamlarımıza baxanda Naxçıvan hamamlarından çox kəm deyil. Yaxşı köhnə üsul üzrə iki-üç məhəllədə məktəbxanamız var. Cənab molla, belə şəhərə siz necə pis deyirsiniz? Əgər bəndə şəhərimizin barəsində bir il yazsam, qurtaran deyil. İnşaallah, gələcəkdə müfəssələn yazaram, ondan sonra sizə məlum olar ki, şəhər necə olar.

Dəlil

«Molla Nəsrəddin», 1906-17

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s