Daily Archives: 29.11.2015

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVAN BƏYLƏRİ KEFDƏDİRLƏR

Стандартный

1914 NAXÇIVANDA BƏYLƏRİN BAYRAM KEFİ

Naxçıvanda bəylərin bayram keyfi.

Праздничное развлечение беков в Нахычевани.

«Molla Nəsrəddin», 1914-12

 

ELÇİN HƏKİMXAN OĞLU ƏZİZOVUN XATİRƏSİNƏ

Стандартный

Bu gün, noyabrın 29-da, Namiq Məmmədov və Camal Əkbərovla Krasnı Yarda, dostumuz Xudu Kerimovun yanında olduq. Ordakı “Timur” kafesinin sahibi və vilayətdəki ən böyük ovçu təsərrüfatlarından birinin rəhbəri Xudu bəyə bu dəfə baş çəkməkdə məqsədimiz ona əzizi Elçin Ezizovun vaxtsız və qəfil ölümü münasibətiylə başsağlığı verməkdi.

Mərhum Elçin Əzizov da zərdablı idi, ancaq rayon mərkəzinin özündən. Bir neçə il əvvəl mərhimla yerlisi Xudu Kərimovun arasında yaxın qohumluq yaranmışdı – uşaqları ailə qurmuşdular və bir il əvvəl ilk nəvələri dünyaya gəlmişdi. Xudu bəyin dediyinə görə, Elçin Həkimxan oğlu Zərdab şəhərində yaşasa da, qazanc üçün daim Rusiya şəhərlərinə gedirdi. Son dəfə Novosibirskdə işləmişdi. Qayıdanbaş Samara vilayətində yaşayan qohumlarının və yerlilərinin yanında qonaq qalmışdı. Ağır ürək xəstəliyi də onu burda yaxalayıb. Qismən öz səhlənkarlığından, qisməndə ətrafdakıların çaşqınlığından həkimə gec müraciət olunub. Elçin Həkimxan oğlu Əzizov qəriblikdə, ancaq ona yaxın, onu sevən insanlar arasında keçinib. Mərhumun 49 yaşı vardı…

29.11 ELÇİN TƏK

Noyabrın 29-da Elçin Həkimxan oğlu Əzizovun qırxı çıxdı.

Biz “Samara vilayəti azərbaycanlılarının liqası”niın İdarə heyəti adından Xudu Kərimova başsağlığı verdik. Başsağlığımızı qəzetimiz vasitəsiylə mərhumun ailəsinə, onun Zərdab şəhərində yaşayan bütün yaxınlarına, əzizlərinə çatdırırıq.

ELÇİN QƏBİR

Allah rəhnət eləsin!

XUDU QƏKXUDU 3 NƏFƏRNAMİQ

X.X.

29 NOYABR — GÖRKƏMLİ AZƏRBAYCAN JURNALİSTİ MİRZƏ XƏZƏRİN DOĞUM GÜNÜ

Стандартный

mirze-xezer-esas

Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) (29 noyabr, 1947, Göyçay) – görkəmli jurnalist, publisist, naşir.  1990-cı il yanvar faciəsi (20 yanvar 1990) baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı,insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Hal-hazırda Almaniyanın Münhen şəhərində yaşayır. Evlidir, 3 övladı var.

Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib.1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

Mənbə: Vikipediya