26 NOYABR 1924 — DAĞLIQ QARABAĞIN NİZAMNAMƏSİ DƏRC EDİLİB

Стандартный

1924-cü il noyabr ayının 26-da Az.MİK-in qərarı ilə «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə» mətbuatda dərc edilir.  

ŞUŞA

Bu Əsasnamənin 1-ci maddəsi ilə «Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkib hissəsi elan edilir». 

      Onun 2-ci maddəsində «Dağlıq Qarabağda bütün kargüzarlıq, məhkəmə və məktəbdə təhsilin doğma dildə (yəni erməni dilində – A.P.) aparılması» qeyd olunurdu. 

      Əsasnamənin başlıca bölmələrindən biri Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi haqqındakı bölmədir. Burada Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə Şuşa qəzasından – Şuşa və Stepanakert (Xankəndi) şəhərlərinin və 110 kəndin, Cavanşir qəzasından 52 kəndin, Qaryagin qəzasından – 30 kəndin, Qubadlı qəzasından isə Qaladərəsi kəndinin – cəmi 193 kəndin verildiyi qeyd olunurdu. Maraqlı faktlardan biri də budur ki, 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtariyyat verilməsi haqqında dekret elan olunarkən ona daxil olacaq kəndlərin sayı 169 idi. Bu müddət ərzində ermənilər həmin kəndlərin sayı üzərinə 24 kənd də əlavə etdirə bilmişdilər. Görünür buna görə də muxtariyyatın elanı haqqında dekret verildikdən təxminən il yarım sonra onun Əsasnaməsi təsdiq olunmuş və elan edilmişdir. 

      1925-ci ildə Q.A.Koçaryan «Dağlıq Qarabağ» adlı kitabında Dağlıq Qarabağın 4 rayonunda – Dizakda — 48, Varanda – 46, Xaçendə – 65 və Crabetdə isə 63 kənd yəni cəmi 222 kənd olduğunu qeyd edir. Şuşa qəzasının Dağlıq hissəsindən Şuşa şəhəridə daxil olmaqla 120 kənd, Cavanşir qəzasından 55 kənd, Qaryagin qəzasından Hadrut da daxil olmaqla 31 kənd və Qubadlı qəzasından isə bir neçə kənd daxil edilmişdir. (Cəmi 206 kənd göstərilir). 

Əsasnamədə göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində hakimiyyət Sovetlər qurultayı, Mərkəzi İcraiyyə Komitəsi və yerli Sovetlərə məxsusdur.

  Beləliklə də Azərbaycanın dilbər guşəsi olan Yuxarı Qarabağda muxtariyyat şəklində yeni bir erməni qurumu meydana gəldi. Ola bilsin ki, o vaxt bəzi azərbaycanlılar bununlada ərazimizdə erməni məsələsinin həll olunduğunu düşünürdülər. 

 

Mənbə: http://www.milliarxiv.gov.az/?id=80&lang=2

 

 

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s