Daily Archives: 23.11.2015

«MOLLA NƏSRƏDDİN»: AĞLI OLAN QƏZETƏ YAXIN DURMAZ…

Стандартный

1906-02 BƏLİ BU GÜN GƏLİB DEYİRSƏN

«Bəli, bu gün gəlib deyirsən Hacı, qəzet al oxu, sabah inşallah gəlib deyəcəksəbn Hacı, dur get urus ol».

«Molla Nəsrəddin», 1906-02

Реклама

ЗНАЕТЕ ЛИ ФУТБОЛИСТА АЯЗА ГУЛИЕВА?

Стандартный

Гулиев Аяз Бахтиярович

АЯЗ ГУЛИЕВАяз с повязкой капитана юношеской сборной России

23 НОЯБРЯ 1919Г. — ЗАКЛЮЧЕНО СОГЛАШЕНИЕ МЕЖДУ АЗЕРБАЙДЖАНОМ И АРМЕНИЕЙ

Стандартный

23 ноября 1919 года в Тифлисе между Азербайджаном и Армянской Республикой было заключено соглашение, согласно которому стороны обязались прекратить все происходящие между ними вооруженные столкновения, открыть дороги, ведущие в Зангезур, и решить все спорные вопросы, включая вопрос о границах, мирным путем.
14 декабря 1919 года открылась армяно-азербайджанская мирная конференция, которая подтвердила решение ноябрьского соглашения о мирном урегулировании спорных вопросов.
Однако вскоре армянские войска вновь напали на Азербайджан. Более 10 тысяч регулярных войск армян прошли через Зангезур в Карабах, уничтожая на своем пути азербайджанские селения.
В конце 1919-го и начале 1920 года армянские вооруженные силы учинили массовое уничтожение мирного азербайджанского населения на территории Зангезура. Как заявило азербайджанское правительство, с конца ноября 1919 года по январь 1920 года в Зангезуре было уничтожено 40 мусульманских селений.
В ноте министра иностранных дел Ф. Х. Хойского верховному комиссару союзных держав в Закавказье полковнику В.Н.Гаскелю от 17 января   1920  года отмечалось: «Мое правительство, побуждаемое желанием прекратить кровопролитие в Зангезуре, а также советами, данными Вашим заместителем полковником Реем и британским верховным комиссаром О. Уордропом, предписало карабахскому генерал-губернатору не предпринимать военных действий против регулярных армянских воинских частей, посланных армянским правительством для поддержания армян, вовлеченных в восстание против властей Азербайджанской Республики.
После состоявшегося соглашения 23 ноября 1919 г. между главами правительств Азербайджана и Армении азербайджанское правительство отозвало все свои войска из Зангезура для устранения возможности применения оружия против армян, при этом было уверено, что армянское правительство во исполнение соглашения от 23 ноября 1919 г., в свою очередь, отзовет свои войска из Зангезура и примет меры к прекращению уничтожения армянами мусульманских селений…»

23 NOYABR — ÜZEYİR HACIBƏYOVUN XATİRƏ GÜNÜ

Стандартный

Üzeyir_Hacıbəyov

Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.  Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir.

Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), «Lenin Ordeni» və «Qırmızı Əmək Bayrağı» ordeni laureatı,Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur. Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada andan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır.

Ü. Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.  O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə «Səadət» məktəbində dərs demişdir. Hacıbəyov Bakıda «Həyat» qəzetində tərcüməçi işləmiş, «İrşad» qəzetinin əməkdaşı olmuşdur.1907-ci ildə Bakıda Azərbaycan dilində «Hesab Məsələləri» və «Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti»ni nəşr etdirir.  

1911-ci ildə Ü. Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Ehtiyac üzundən Hacıbəyov Moskvada təhsilini yarımçıq qoyub Bakıya qayıdır və yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovu güllələmək istəyirlər. Bəstəkarın qaynı Hənəfi Terequlov  kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür və Nəriman Nərimanovun yanına gedir. Nərimanov bu siyahını cırıb atır.

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur.

Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.

Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən «Leyli və Məcnun» operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1910), «Şah Abbas və Xurşud banu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin «Şahnamə» əsərinin motivləri əsasında yazmışdır. O, «Leyli və Məcnun»dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında «Koroğlu» operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan «Koroğlu» operası Azərbaycanda ilk klassik opera hesab olunur.

Müsəlman şərqində ilk operetta da Hacıbəyovun adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası «Ər və arvad»dır. Ilk tamaşası 1910-cu ildə olmuşdur. 1910-cu ildə Ü. Hacıbəyov. “O olmasın, bu olsun” operettasını yazır, ilk tamaşası 1911-ci il aprelin 25-də (mayın 8-də) Mayılov qardaşlarının teatrında olmuşdur. Hacıbəyovun sonuncu musiqili komediyası «Arşın mal alan»dır. «Arşın mal alan» musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.

Dördüncü dəfə «Arşın mal alan» 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılmış və bu musiqili film də dünyada geniş şöhrət qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib. 1965-ci ildə isə «Arşın mal alan» musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı.