22 NOYABR — FİKRƏT ƏMİROVUN DOĞUM GÜNÜ

Стандартный
22 NOYABR — FİKRƏT ƏMİROVUN DOĞUM GÜNÜ

Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. Əmirovun simfonik muğamları və «Nizami» simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı «Şur» , «Kürd Ovşarı» və «Gülüstan Bayatı-Şiraz» kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun «Nizami» simfoniyası, doğma vətəni tərənnüm edən «Azərbaycan kapriççiosu», «Azərbaycan süitası» , «Azərbaycan qravürləri» bəstəkar irsinin dəyərli səhifələridir. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı «Sevil» operası ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da «Ürəkaçanlar», «Gözün aydın» kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri «Min bir gecə» və «Nəsimi» də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

tahir salahov fikrət əmirovTahir Salahov. Fikrət Əmirovun portreti

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. «Fortepiano üçün 12 miniatür», müxtəlif pyeslər, «Ulduz» , «Azərbaycan elləri», «Gülüm», «Gülərəm gülsən» və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, «Böyük dayaq», «Mən ki gözəl deyildim» və digər filmlərə maraqlı musiqi bəsləmişdir.

2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun «Kürd ovşarı» simfonik muğamını ifa etmişdir. 

Tarzən Məşədi Cəmil Əmirovun oğludur.

Cazmen Cəmil Əmirovun atasıdır.

Belçikalı müğənni Nəzrin Əfəndiyevanın babasıdır.

Фикрет Амиров родился 22 ноября 1922 года в Гяндже в семье известного певца, тариста и композитора МешедиДжамиля Амирова.

MİRZƏ MƏŞƏDİ CƏMİL ƏMİROVMəşədi Cəmil Əmirov

В 1939 году поступил в Бакинскую консерваторию, где изучал композицию у Б. И. Зейдмана и основы азербайджанской народной музыки у У. А. Г. Гаджибекова.

С началом войны Ф. Амиров ушёл на фронт, но был демобилизован после ранения. В 1942—1945 годах — директор и художественный руководитель филармонии, а также директор музыкального училища в городе Кировобаде.

В своём творчестве композитор активно использует азербайджанские народные мелодии и ритмы, принципы мугама, импровизацию, органично сочетая их с вариационным и полифоническим развитием.

Был секретарём правлений Союза композиторов Азербайджана (с 1956) и Союза композиторов СССР (с 1975). Член-корреспондент АН Азербайджанской СССР (1980).

Ф. Амиров умер 20 февраля 1984 года. Похоронен на Аллее почётного захоронения в Баку.

 

 

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s