«Neft Daşları»nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
Hadisə nəticəsində «Neft daşları» Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır. Həlak olanlar bunlardır:
Mixail Pavloviç Kaveroçkin;
Süleyman Bağırov;
İbrahim Qurban oğlu Sadıqov;
Nikolay Duplixin;
Məmməd Muradov;
Bala Mirzəyev.
Əbdülhəsən Babayev
1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
2009-cu ildə Neft Daşlarının yaranmasının 60 illik yubiley ərəfəsində parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılmışdır.
21 ноября 1957 года на месторождении в результате сильного шторма погиб 21 член двух буровых бригад под руководством М.П.Каверочкина и С.Багирова. В 1999 году в память 50-летия трагедии на месторождении был установлен мемориал.
Для отправки комментария необходимо войти на сайт.