Daily Archives: 18.11.2015

«MOLLA NƏSRƏDDİN»: MİLLƏTİN GÖZÜNÜ AÇMADI, GÖZ BƏRƏLTDİ

Стандартный

1910 MİLLƏTPƏRƏST STUDENT

Müsəlmanpərəst student: «Müsəlman qardaşlar! Mənim gecə-gündüz fikrim budur ki, təhsili qurtarım, başlayıb millətə qulluq eləyim, bəlkə bizim yazıq millət də gözün aça».

1910-32 MİLLƏTPƏRƏST STUDENT

Həmin müsəlmanpərəst student on ildən sonra: «Mən müsəlmanca bilmirəm. Tez sözünüzü deyin, cəhənnəm olun gedin».

«Molla Məsrəddin», 1910-32

 

Реклама

18 NOYABR — EMİN SABİTOĞLUNUN XATİRƏ GÜNÜ

Стандартный

EMİN SABİT

Mahmudov Emin Sabit oğlu (Emin Sabitoğlu) (2 noyabr 1937 – 18 noyabr 2000) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəçisi.

Emin Sabitoğlu 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonraÇaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib

1961-ci ildə «Azərbaycanfilm» kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. «Dərələr», «Bakı, sabahın xeyir», «Uzaq yaşıl ada», «Dağlar», «İnsaf da yaxşı şeydir» mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Эмин Сабитоглу (азерб. Emin Sabitoğlu, наст. Эмин Сабит оглы Махмудов азерб. Emin Sabit oğlu Mahmudov; 2.11.1937, Баку — 18.11.2000, Баку) — азербайджанский композитор, автор многих известных азербайджанских песен и музыки к фильмам. Народный артист Азербайджана.