Daily Archives: 16.11.2015

«SÜKUT DƏQİQƏSİ» HARDA VƏ NƏ VAXT YARANIB?

Стандартный

http://www.lefigaro.fr/actualite-france/2015/11/15/01016-20151115ARTFIG00002-d-o-vient-la-tradition-de-la-minute-de-silence.php

Le Figaro qəzetinin bu məqaləsində «Sükut dəqiqəsi»nin tarixindən danışılır.

En France, la première minute de silence «officielle» date du 11 novembre 1919, à l’occasion du premier anniversaire de l’armistice. La loi relative à ce sujet a été votée quelques jours avant les célébrations de la fin de la Grande guerre, le 25 octobre 1919, et promulguée par le président du Conseil Raymond Poincaré. Elle doit servir de commémoration et glorification des morts pour la France. À l’origine, elle est uniquement destinée à l’anniversaire de l’armistice.

Fransada “sükut dəqiqəsinin “ rəsmi tarixi 11 noyabr 1919-cu ildir ki, atəşkəsin birinci ildönümünə həsr olunub. Uyğun qanuna Dünya müharibəsinin sona çatmasıyla əlaqədar təntənələrdən bir neçə gün əvvəl, 25 oktyabr 1919-cu ildə, səs verilib və Şuranın sədri Raymon Puankare tərəfindən bəyan olunub. Bu, Fransa uğrunda ölənlərinin xatırlanması və şərəflənməsunə xidmət etməliydi. Əslində isə yalnız atəşkəsin ildönümü üçün nəzərdə tutulmuşdu.

 

Реклама

«MOLLA NƏSRƏDDİN»: SİĞƏ ARZUSUNDA

Стандартный

1913 gÖRƏSƏN BUNLARDA SİĞƏ VAR YOXSA ELƏ BİZİM

«GÖRƏSƏN BUNLARDA DA SİĞƏ ELƏMƏK  VAR? YOXSA ELƏ BİZİM ŞƏRİƏTİMİZ GENİŞLİKDİR?»

«Molla Nəsrəddin», 1913-17

16 NOYABR 1938 — ABBAS MİRZƏ ŞƏRİFZADƏ GÜLLƏLƏNİB

Стандартный

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (22 mart 1893, Şamaxı — 16 noyabr 1938, Bakı) — məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Əməkdar Artisti, (1928), Azərbaycan SSR Xalq Artisti (1936).

200px-Abbas_Mirzə_Şərifzadə

Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.

1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.

Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır.

Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin «Zorən Təbib» əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). Düz iki ildən sonra – 1910-cu ildə «Maarif» cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bə Haqverdiyevin «Ağa Məhəmməd Şah Qacar» faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.

Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.

Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. «Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.  O, bir sənətkar, yaradıcı bir talantdır». Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub.

Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub.

ŞƏRİFZADƏ HAMLETAbbas Mirzə Şərifzadə Hamlet rolunda

Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə «Şeyx Sənan», «Oqtay Eloğlu», «Aydın», «Ağa Məhəmməd Şah Qacar», «Qaçaq Kərəm» əsərlərini səhnələşdirib, «Leyli və Məcnun», «Əsli və Kərəm», «Aşıq Qərib», «Şah İsmayıl» operalarının quruluşçu rejissoru olub.

Davudova_and_Sharifzade_playing_MacbethA.M. Şərifzadə arvadı Mərziyə Davudova ilə «Maqbet» tamaşasında

Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. «Bismillah», «Hacı Qara», «Gilan Qızı», «Məhəbbət Oyunu» filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarənsə, Abbas Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı istintaq işinə baxmaq olar.

Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. «Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib.» – bu sətirlər Abbas Mirzə Şərifzadənin həbs olunması barədə tərtib olunan arayışdandır. «Əldə edilmiş Məlumatlar» isə ağlagəlməz işgəncələrdən sonra Ruhulla Axundovun verdiyi ifadədir. Ruhulla Axundov ifadəsində bildirib ki, o, əksinqilabi millətçi təşkilatına Milli Dram Teatrının direktoru Əli Kərimovu cəlb edib. Əli Kərimovsa öz növbəsində Abbas Mirzə Şərifzadəni təşkilatla tanış edib.

Ruhulla Axundovdan fərqli olaraq, Əli Kərimov sözügedən təşkilatla bağlılığından danışarkən, Abbas Mirzə Şərifzadənin adını hallandırmayıb. İsrarla dönə-dönə verilən bu suala rədd cavabı verib.

İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə çalışırlar. Və onun xarici ölkə səfirliklərilə əlaqələrini araşdırarkən, məlum olur ki, Abbas Mirzə Şərifzadə1932-ci ildə Gəncədə olarkən, iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib. İran konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Demək olar ki, hər axşam onların tamaşalarına baxmağa gəlirmiş. Və oyunlarına böyük maraqla baxdığı aktyorları hərdən qonaq çağırmağı da unutmurmuş. Abbas Mirzə Şərifzadə də məhz bu səbəbdənbir neçə dəfə İran səfirliyində olubmuş.

Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız ehtiyatsızlıq edərək, İran konsulxanasına ayaq basmaqda günahkar bilir.

O, ifşa olunmuş «xalq düşmənləri»lə yaxınlığına, siyasi görüşlərinə dair bütün ittahamlara isə birmənalı şəkildə «yox» deyir. «Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm» deyən sənətkar artıq «ifşa edilmiş» Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır.

Abbas Mirzə bu ittihamları rədd edərək, bildirir ki, o, yalnız ona tapşırılan rolları oynayıb. Konsertlərdə və radio çıxışlarında mətni isə incəsənət komitəsi tərəfindən tərtib olunurmuş.

İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, «yox» cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında günahkarlandırılıb. İstintaqın gedişatı zamanı onun işinə daha bir ittiham əlavə olunur: «Abbas Mirzə əksinqilabi burjua millətçi təşkilatının üzvüdür».

Məhbusun «dindirilmə» üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin sözlərini təsdiqləyir. Və 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: «Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!». Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

Mənbə: Vikipediya