14 NOYABR — GİTARAÇI RƏMİŞİN DOĞUM GÜNÜ

Изображение

  RƏMİŞ ƏRƏBQARDAŞBƏYLİDƏ

Rəmiş

Gitaraçı Rəmiş iki dəfə Ərəbqardaşbəylidə olub. İlk dəfə 1970-ci il 25 avqustda mərhum Gülağanın (Ağasiyev Pilağa) toyunda, xanəndə Qaraxan Behbudovla. O vaxt təzə-təzə məşhurlaşan və çoxunun Rafiq Hüseynov kimi tanıdığı gitaraçı əslində Qaraxanla gəlməmişdi, onu bəyə qohum olan salyanlı dostları gətirmişdilər. Yadımda qalıb ki, başı qırxıq idi, deyirdilər guya milisdən təzə çıxıb…

Bir az sonra Rəmişin rentgen kağızında buraxılmış valını aldım, belə vallar bir manata əldə satılırdı. Vala segah yazılmışdı. Muğamın orijinal başlanğıcı vardı, hərçənd Rəmiş Kəsmə şikəstədən istifadə etmişdi, mənə elə gəlir ki, bunu “Rəmiş-segah” adlandırmaq olardı… İndi bu yazının kimdəsə qalıb-qalmadığını bilmirəm…

Toyu maqnitafona yazmışdııar, sonralar maqnitafon xarab oldu, yazı da itib-getdi…

Bir dəfə, deyəsən, 1970-ci ildə televizorda kosert  verirdilər, o vaxtlar yazı yox idi, yayımlar canlı olurdu. Birdən Roza Tağıyevanın səsi elan elədi: “”Şur”. Udda çalır Rafiq Hüseynov”. Ya ürəyimin zəifliyindən ya musiqiyə, çalğıya olan həvəsimdən –  vəcddən az qalmışdım öləm… Sonralar Rafiq Hüseynovun ud çalğısını bir dəfə də eşitməmişəm…

İkinci dəfə Rəmişi Ərəbqardaşbəylidə görmüşəm, səhv etmirəmsə, 1987-ci ilin avqustunda. Mərhum Ehtiramla ləmdə oturmuşduq. Birdən Ehtiramın üzü güldü. “Rəmiş gəlir” – dedi. Rəmişin yanında bir nəfər də vardı, sürücüydü. Cəlilabaddan toydan gəlirdilər. “Bu gecə cəlilabadlılar məni öldürüblər. Səhərəcən çaldırıblar Oyun havası…” – Rəmiş kinayə ilə danışdı…

Musiqi barəsində bir az mübahisə elədik. Mənə dedi ki, Cahangir Cahangirov Bethovendən üstündür…

Mən başa düşürəm Rəmişin Cahangir Cahangirova onlan xüsusu məhəbbətinin səbəbini. Yetmişinci illərdə, Rəmiş rəsmən musiqiçi sayılmayanda, Cahangir Cahangiron “Ulduz” jurnalında məqaləçap etdirmişdi. Məqalə belə adlanırdı: “GitaraçıRəmiş”.

Ancaq mənə Rəmişin məhdudluğu da aydın oldu. O heç vaxt özünə əziyyət verib təzəlikləri, mürəkkəblikləri öyrənməmişdi. Elə ona verilən təbii istüdadı yeyib-dolanırdı. Ona görə tezlliklə onun ifası primitivləşdı, cılızlaşdı. Eyni akkordlar, eyni keçidlər…

Sonra Rəmişlə sürücü mıhkəmcə iynələnib ləmdə dərin yuxuya daldılar. Mən də getdim evə. Axşam Ehtiramın yanına qyıdanda Rəmişgil yox idi..

Rəmiş mərhum Ehtiramı çox sevirdi…

İndi İnternetdə Rəmişin yazılarına qulaq asıram… Yəni əslində qulaq asa bilmirəm, çünki hamısı “dıy, dıy, dıy…” Box vaxt xaric də çalır…

Rəmiş xalq musiqisini xeyli yenilədi, gitaranı xalq alətinə çevirdi. Ancaq bununla musiqimizə ziyanlar da vuruldu. İndiki Azərbaycan toyları – kənd, rayon toylarını deyirəm – tamada ilə gitaradan ibarətdir…

Rəmişin yetmişinci illərdəki yazıları kimdə varsa, üzə çıxarmalıdır. Bu insanın bütün istedadı o ulərdə üzə çıxıb. Sonralar çaldıqlarının musiqiyə dəxli yoxdur.

Səhv etmirəmsə, Ərəbqardaşbəyli toyundakı yazının təxmimən 25 dədiqəlik hissəsi mənim salyanlı dostum Cəfər müəllimdə, Cəfər Mehdiyevdə olmalıydı. Rəmişin sənətini ürəkdən sevənlər bununla maraqlansalar, yaxşı olar…

X.X.

14.11. 2015, Samara

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s