Daily Archives: 10.11.2015

10.11.1920 — RƏSULZADƏ STALİNLƏ BAKIDAN GEDİB

Изображение

RƏSULZADƏ GƏNC

10 noyabr 1920 — Stalin Bakıdan Moskvaya qayıdarkən Məmməd Əmin Rəsulzadəni də özü ilə eyni qatarda aparmışdır.

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M. Ə. Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M. Ə. Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M. Ə. Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M. Ə. Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir

Реклама

10 NOYABR — ATATÜRKÜN XATİRƏ GÜNÜ

Стандартный

Mustafa Kamal Atatürk (digər adı Kamâl Atatürk) (d. 1881, Saloniki – 10 noyabr 1938, İstanbul) — Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirmişdir. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq etmişdir. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra «Qazi» adını almış və ona ali marşal rütbəsi verilmişdir. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olmuşdur. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmamışdır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib

MustafaKemalAtaturk

Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etdirmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.

1911-1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmışdır.

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilmiş, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.

220px-Mustafa_Kemal_Atatürk_(1918) komandan olarkən

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası «Hakimiyyət qeyd-şərtsiz millətindir» və «Yurdda sülh, cahanda sülh» ideologiyası əsasları üzərində qurulmuşdur.

 

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.

Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala «Atatürk» soyadı verilmişdir.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.

VİKİPEDİYA