Daily Archives: 09.11.2015

«MOLLA NƏSRƏDDİN»: PAPAQVURDUYLA NİKAH

Изображение

YIXILMADI, MOLLA, NİKAHINI OXUYIXILMADI, MOLLA, NİKAHI OXU!

«Molla Nəsrəddin», 1907-29

Реклама

9 NOYABR 1918-Cİ İLDƏ AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞI QƏBUL OLUNUB

Изображение
9 NOYABR 1918-Cİ İLDƏ AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞI QƏBUL OLUNUB

BAYRAQ

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.

220px-Flag_of_Azerbaijan_on_document

ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

«Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.

Azerbaijan_Parlament iclas

Azərbaycan Demokratik Respublikası Parlamentinin birinci iclası. İlk dəfə Azərbaycanın üçrəngli bayrağı bu parlamentdə ucaldı.  7 dekabr 1918-ci il

5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azerbaijani_delegation_in_Paris

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda ADR-in üçrəngli bayrağı.

MƏNBƏ: BİKİPEDİYA