«İNTELLİGENT MÜSƏLMAN EVİNDƏ QONAQLIQ»
«Molla Nəsrəddin», 1913-07
Baba Pünhan ( Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu)
1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub.1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. Metroda işlədiyi ilk vaxtlarda «Metro» qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində «Zarafat» qəzetində çalışıb. Sonralar «Tək səbr», «525-ci qəzet», «İmpuls», «Oxu məni», «Yeddi gün», «Azadlıq», «Şəhriyar», «Bakı Xəbər», «Etimad», «Qətiyyət», «Politika», «Olaylar», «Bakının səsi», «Dünya», «Yeni Müsavat», «Qoroskop», «Dəryaz», «Arı», «Ekspress», «Vəhdət», «Nəbz» və «Ədalət» qəzetlərində çap olunub.
1998-ci il noyabr ayının 5-də «Vahid evi»ndə onun 50 illik yubileyi keçirilib. Həmin il «ANS» kanalının «Qulp» verlişinə dəvət alıb. Bu verilişdə «Lirika» rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə «21-ci gənclik dərgisi»ndə, 1999-cu ildə «Azərbaycan» jurnalında, 2004-cü ildə «İRS-наследие» jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.
2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Klinik Xəstəxanasında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).
3 noyabr 2000-ci ildə B.Pünhanın «Acı həqiqət» kitabı işıq üzü görüb.
2000-ci ildə «Azərbaycan» jurnalı tərəfindən «Hikmət Ziya» adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında «Yalan çeynəyə-çeynəyə» adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
2002-ci ilin avqust ayında şairin «Mən nə dedim ki…» kitabı oxuculara təqdim olunub.
2004-cü ildə «Kim nə götürdü» adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004 aprel ayının 5-də «Mərkəzi Kliniki xəstəxana»sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o «koma» vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir
Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.
Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.
İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.
Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.
Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.
İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.
Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq, Qarabağ.
Для отправки комментария необходимо войти на сайт.