Daily Archives: 31.10.2015

31 OKTYABR — HEYDƏR ƏLİYEV MƏRKƏZİNİ YARATMIŞ MEMARIN 65 YAŞI TAMAM OLUR

Изображение
31 OKTYABR — HEYDƏR ƏLİYEV MƏRKƏZİNİ YARATMIŞ MEMARIN 65 YAŞI TAMAM OLUR

ЗАХА ХАДИД

Zaha Hadid (ərəb. زها حديد‎‎‎; 31 oktyabr 1950, Bağdad) — İraq ərəb əsilli britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritzker Memarlıq mükafatına layiq görülən ilk qadın memar olmuşdur.

Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Hal-hazırda Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professordur.

Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir. 2002-ci ildə Hadid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar oldu. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini almışdır.

2007-2012-ci illərdə Bakıda Zaha Hadidin layihəsi əsasında Heydər Əliyev mərkəzi tikilmişdir.

ЦЕНТР АЛИЕВА 2 ЦЕНТР АЛИЕВАHeydər Əliyev mərkəzi

Дама Заха Мохаммад Хадид (араб. زها حديد‎‎ ; англ. Zaha Mohammad Hadid ; 31 октября 1950, Багдад, Ирак) — британский архитектор и дизайнер арабского происхождения, представительница деконструктивизма. В 2004 году стала первой в истории женщиной-архитектором, награждённой Притцкеровской премией. Дама-Командор ордена Британской империи (2012).

 Проект центра Гейдара Алиева был разработан в 2007 году архитектором Захой Хадид.

RH1489-20Здание центрального офиса BMW в Лейпциге

Реклама

31 OKTYABR MİLLİ QƏHRƏMAN KOROĞLU RƏHİMOVUN DOĞUM GÜNÜDÜR

Стандартный

KOROĞLU RƏHİMOV

Rəhimov Koroğlu İsmayıl oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi,31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.

1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.

KOROĞLU CAVAN

Xocalı faciəsindən sonra Koroğlu könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 apreldə bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı. 

KOROĞLU UŞAQLARI

13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. 14 iyunda cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur.

KOROĞLU BÜST

ИСТИННЫЕ РАДОСТИ ОСЕНИ

Изображение
ИСТИННЫЕ РАДОСТИ ОСЕНИ

Осень то время, когда глаза и душу человека радуют плоды его трудов, усилий и стараний.

Но что может быт радостнее, чем дети, появившиеся на свет осенью и венчавшие эту прекрасную пору?

КАФЕ 2

Сегодня Сабрина Амирасланова дарит радость своим родителям и сама полна радости – ей исполняется четыре года.

МАЛЬЧИК

А для ее брата Джахида 31 октября – продолжение праздника, состоявщегося 20 октября, когда ему исполнилось два года.

Поздравляем маленьких самарских азербайджанцев!