28 OKTYABR MİRZƏ İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR

Изображение
28 OKTYABR  MİRZƏ İBRAHİMOVUN DOĞUM GÜNÜDÜR

Мирза_Ибрагимов

İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR əməkdar incəsənət xadimi (1941). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərb. Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb. SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı. SSRİ xalq deputatı (1989).

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

]

Mirzə İbrahimovun «Qazılan buruq» adlı ilk şeiri 1930-cu ildə «Aprel alovları» məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etmişdir. 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

1941-ci ildə Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən «Vətən yolunda» qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə («Qorxulu səs»,»Sənət aşiqləri»,»Zəhra»,»Yol ayrıcında», «Mələk», «Qaçaq» ‘Cənub hekayələri’ silsiləsi — «On iki dekabr», «Azad», «Tonqal başında», «İztirabın sonu», «İki həyat»), povest («Xosrov Ruzbeh», «Güləbətin», «Pərvizin həyatı») və romanlarla («Gələcək gün — (1948), «Böyük dayaq» (1957), «Pərvanə») ilə yanaşı səhnə əsərlərini qələmə almışdır: V.Şekspirin «Kral Lir», «On ikinci gecə, yaxud hər nə istəsəniz», A. N. Ostrovskinin «Quduz pullar», «Müdrik olan hər kəsə kifayətdir sadəlik», A.P.Çexovun «Üç bacı», A. Satramovun «Kişilərə inanmayın», Molyerin «Don Juan» pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin «Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun»u qəbul etməsi Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş,Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

BÖYÜK DAYAQMirzə İbrahimovun» romanı əsasında çəkilmiş «Böyük dayaq» filmindən kadr

Ибраги́мов Мирза́ Ажда́р оглы́ (1911—1993) — советский азербайджанский писатель и общественный деятель. Герой Социалистического Труда (1981). Председатель Президиума Верховного совета Азербайджанской ССР. Академик АН Азербайджанской ССР (1954—1958). Депутат Верховного совета СССР и народный депутат СССР в 1937—1991 годах (с перерывами). Член Центральной ревизионной комиссии КПСС (1956—1961)

Мирза Ибрагимов является автором целого ряда произведений, посвящённых жизни и борьбе трудящихся Южного Азербайджана против иранской деспотии. В 1948 году онопубликовал в журнале «Ингилаб ве Медениет» самое значительное своё прозаическое произведение — роман «Наступит день», отображающий самоотверженную борьбу рабочих и крестьян за национальную независимость и демократизацию, против иранских реакционеров и их англо-американских хозяев — поработителей Востока. Его перу также принадлежат романы «Великая опора» («Слияние вод») (1957) о жизни послевоенной колхозной деревни, «Пэрванэ» (1969—1970) о жизни и революционной деятельности Н. Н. Нариманова. «Новые времена» (1971) и др

Будучи на посту председателя Президиума Верховного Совета республики писатель Мирза Ибрагимов назвал интеллигента, который не знает азербайджанского языка эджлафом (подлецом, предателем). Это выступление было встречено бурными аплодисментами.

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s