Daily Archives: 26.10.2015

26 OKTYABR 1917-Cİ İLDƏ MÜSAVATIN İLK QURULTAYI BAŞLANIB

Стандартный

26-31oktyabr 1917-ci ildə  Bakıda «İsmailiyyə» binasında Müsavat Partiyasının ilk qurultayı keçirilmişdir.

Müsavat Partiyası – Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulmuşdur.

Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.

İSMAİLİYYƏ

 

İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Bina milyonçunun dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə 1908-13-cü illərdə mühəndis İosif Ploşkonun layihəsi ilə tiklib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.