Naxçıvanı ələ keçirən ingilislər Araz-Türk cümhuriyyətini və Naxçıvan Milli Komitəsini ləğv etdikdən sonra erməni idarəçiliyi (1919 may-iyul) qurmağa nail olsalar da xalqın qətiyyətli müqaviməti nəticəsində onun faktik fəaliyyətini təmin edə bilməmiş, ermənilər iyul ayının sonlarında Naxçıvandan qovulmuşdur. Lakin ABŞ-ın bölgə üzərində Millətlər Cəmiyyətinin mandatını alması ilə yeni vəziyyət yaranmışdır. 1919-cu ilin iyulunda müttəfiqlərin Ermənistanda ali komissarı təyin edilmiş amerikalı polkovnik V.Haskel avqustun 26-da Bakıya gələrək Şərur və Naxçıvandan ibarət neytral zona yaradılması ideyasını irəli sürmüş, oktyabrın 24-də polkovnik E.Dellini Amerika general-qubernatoru təyin etmişdir. Fəqət Azərbaycan Xalq Cümhuriyyətinin və yerli əhalinin səyi nəticəsində bu təşəbbüs uğursuzluqla nəticələnmişdir. Naxçıvanda yalnız Paris Sülh Konfransının (1919-20) nümayəndəsi kimi fəaliyyətə başlayan E.Delli qısa müddət sonra, digər amerika zabitləri isə 1920-ci ilin əvvəllərində Naxçıvanı tərk etdilər. Amerika General-Qubernatorluğu ideyası baş tutmasa da, müttəfiq qoşunlarının Ali komissarlığının qərərgah rəisi Haskel Parisə qayıtdığı üçün onu əvəz edən C.Rey noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında beş maddədən ibarət saziş imzalanmasına nail olmuşdur. Sazişə inanan Azərbaycan hökumətinin hərbi qüvvələrini Zəngəzurdan çıxarmasıyla Naxçıvan yenidən təhlükə ilə qarşılaşmış, yüzlərlə azərbaycanlı qətliama məruz qalmışdır.
Окт24
Для отправки комментария необходимо войти на сайт.