Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. «Keçmiş günlər» adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan «Şeyx Sənan» (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə «haq verilmir, alınır» ideyasına gəlib çıxmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. «Peyğəmbər» (1922) və «Topal Teymur» (1925) əsərlərindən sonra yazdığı «Səyavuş» (1933), «Xəyyam» (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin «nailiyyətlər»indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
NƏ İMİŞ
Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah… könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..
ÇOBAN TÜRKÜSÜ
Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.
Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Məcnun könül Leylasını unutmaz,
Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”
Yar-yar deyib gecə-gündüz ağlaram.
Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Xatirə gəldikcə mavi gözləri,
Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Гусейн Джавид с семьей, 1936 г.
Гусе́йн Джави́д (азерб. Hüseyn Cavid; имя при рождении Гусе́йн Абдулла́ оглы́ Раси́-заде́, 24 октября 1882, Нахичевань — 5 декабря 1941, село Шевченко Тайшетского района) — азербайджанский поэт и драматург. Являлся ярким представителем романтизма в Азербайджане начала XX века. Гусейн Джавид сыграл огромную роль в формировании азербайджанской литературы XX века. Своими произведениями, в которых нашли отражение мотивы философской лирики, вопросы гуманизма и человеколюбия, исторические драмы, Гусейн Джавид открыл новую страницу в литературе и драматургии Азербайджана.
4 июня 1937 года Гусейн Джавид был арестован. В обстановке начавшихся репрессий и травли передовой части творческой интеллигенции он был объявлен «врагом народа» и в 1939 году сослан в Магадан. Согласно архивным материалам Тайшетского района Иркутской области, Гусейн Джавид (Расизаде) умер от остановки сердца в связи с переохлаждением ног, в 22:30, 5 декабря 1941 года (по другим источникам — в 1944) в доме заключённых инвалидов № 21. Был похоронен в гробу № 59 по мусульманским обычаям (лицом в сторону Мекки) 7 декабря, на похоронах присутствовали заключённые азербайджанцы.
Для отправки комментария необходимо войти на сайт.