21 OKTYABR XƏLİL RZANIN DOĞUM GÜNÜDÜR

Стандартный

Xəlil Rza Ulutürk (d. 21 oktyabr, 1932, Pirəbbə,  Azərbaycan SSR — ö. 22 iyun, 1994, Bakı, Azərbaycan) — Azərbaycanın xalq şairi.

Xəlil_Rza_Ulutürk

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olmuş, 2 saylı Salyan şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri «Kitab» 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində işıq üzü görmüşdür.1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə «Azərbaycan qadını» jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – «Bahar gəlir» (1957) kitabı da nəşr olunur. 1957-də Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərir. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. 

 1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə «Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)» mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu.

XƏLİL ELÇİBƏY ALMURADƏbülfəz Elçibəy, Xəlil Rza, Elçibəyin qardaşı Almurad

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

Xəlil Rza 1994-cü il iyunun 22-də Bakıda vəfat etdi.

 

 

Xəlil Rzanın zindanda olarkən arvadı Firəngizə yazdığı şeir

Firəngizim, əzizim, mənim yeganəm, bircəm,
Boynu-buruq nərgizim, qan-yaş tökən gülqönçəm!

Bəlkə öylə bilirsən bambaşqa məkandayam,
Hörümçəkli, ilanlı, qaranlıq zindandayam.

Vallah, nur içindəyəm, ey mənim gözüm nuru!
Burda nə bir əqrəb var, nə də hörümçək toru.

Kameramız kəmişıq, kiçik mənzilə bənzər.
Yorğan-döşək tər-təmiz, balışüzü qət-əcər.

Möhürlü ədyalım var-evdəkindən də yaxşı.
Məlul-müşgül dayanma, ey könlümün sirdaşı!

Düzdür, qapım dəmirdi, pəncərəm də dəmirdən.
Nə qəm, bu da əmr idi, gəldi , keçdi ömürdən.

Mən siyasi dustağam, sən uca tut başını!
Pəncərəni aç bu gün…Əyilsin Günəş öpsün
gözlərinin yaşını. 

 

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s