ДЕНЬ РОЖДЕНИЯ САТТАР ХАНА

Стандартный
ДЕНЬ РОЖДЕНИЯ САТТАР ХАНА

Səttar xan — İranda Məhəmmədəli Şah hakimiyəti diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı.

SƏTTAR XAN

Səttar xan 1866-cı ildə İranın Cənubi Azərbaycan bölgəsinin Qaradag vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq  

ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.

Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra,1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq «Sərdari-milli» (Xalq sərkərdəsi) və «Salari-milli» (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir.Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə «Səttar xan» adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir.. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.

Саттар хан с сыномСаттар хан с сыном

Саттар хан родился  в азербайджанской семье в одном из карадагских селений Иранского Азербайджана.  Его отец был мелким торговцем тканями вразнос. Саттар был неграмотен и не умел ни читать, ни писать ни на одном языке. В юном возрасте его арестовали вместе со старшим братом Исмаилом за укрывательство одного из руководителей борьбы с феодальной власти и в цепях доставили в Тебриз. По данным И. Амирхизи, Исмаила казнили, а Саттар провёл в заключении три месяца.

В 1888 году Саттара в очередной раз арестовали. Его поместили в тюрьму Нарин-кале в Ардебиле, где обычно содержались особо важные преступники.  С помощью заключённого, по имени Хашем, Саттару удалось бежать из тюрьмы, после чего он жил среди шахсевенских племён юртчи и аларлу, пока не уехал в Маранд. Несколько месяцев со всадниками губернатора Хорасана Саттар хан пробыл в Тегеране, затем ездил в Мешхед, от чего получил почётное звание «Мешеди».

На протяжении 1908-1910 гг. имя Саттар хана не сходило со страниц крупнейших европейских газет. В русской и западноевропейской прессе Саттар-хана называли «азербайджанским Пугачёвым» и «персидским Гарибальди». В апреле 1909 в события в Иранском Азербайджане решает вмешаться Россия. 23 апреля царский наместник на Кавказе получает приказ двинуть на Тебриз 5-тысячный отряд для защиты русских подданных. 30 апреля этот отряд, под командой генерала Снарского, вступает в Тебриз, и оборона города прекращается. Саттар хан, вместе с другими конституционалистами, был вынужден скрыться и нашел убежище в турецком консульстве.

Саттар-хан скончался 4/17 ноября 1914 года в Тегеране и был похоронен в Шах-Абдул-Азиме под Тегераном.

Источник: Википедия

 

 

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s