Daily Archives: 19.10.2015

ДЕНЬ РОЖДЕНИЯ ГУСЕЙНА СЕИДЗАДЕ, СОЗДАТЕЛЯ ЭКРАННОГО «МЕШЕДИ ИБАДА»

Изображение
ДЕНЬ РОЖДЕНИЯ ГУСЕЙНА СЕИДЗАДЕ, СОЗДАТЕЛЯ ЭКРАННОГО «МЕШЕДИ ИБАДА»

ГУСЕЙН СЕИДЗАДЕ

Думаю, что на вопрос «Кто автор фильма «Мешеди Ибад» не только российские азербайджанцы, но даже жители столичного Баку затруднились бы ответить. Мы, как правило, знаем только актеров. На самом деле главный автор фильма, его создатель – режиссер! По этой же причине, надо полагать, сегодня имя Гусейна Сеидзаде вряд ли многим известно. А ведь это великий художник, режиссер с уникальным даром, создавший такие картины, как «Мешеди Ибад», «Буйная Кура», «Непокоренный батальон» и др. Вспомним «Мешеди Ибада» — каждый показ этого фильма становится домашним праздником. Сколько в нем оригинальных кинематографических образов! Сколько неожиданных решений! За этот бессмертный фильм, мы конечно, наряду с Узеиром Гаджибековым должны быть благодарны Гусейну Сеидзаде.

В Интернете разные ресурсы указывают разные даты рождения выдающегося азербайджанского режиссера. Одна из этих дат – 19 октября. Возможно, Гусейн Сеидзаде родился не в этот день. Для нас главное почтить память великого человека, чье имя незаслуженно забывается.

Гусейн Али оглы Сеидзаде ( Hüseyn Əli oğlu Seyidzadə) — азербайджанский советский режиссёр, заслуженный деятель искусств Азербайджанской ССР.

Гусейн Сеидзаде родился 10 октября 1910 года в Эривани. В 1910 году семья Гусейна Сеидзаде вынужденно покинула родные места, переехав сначала в Тифлис, а затем в Баку. В 1925 году работал на Бакинской трикотажной фабрике. В 1928 году начал играть в массовых сценах Бакинского рабочего театра. Через год стал актёром. В 1929 году проходил курсы в Ленинградском театре рабочей молодежи. В 1930 году пришёл на киностудию, где и проработал всю оставшуюся жизнь. В 1931 году поступил на режиссёрский факультет Всесоюзного государственного института кинематографии. После окончания института некоторое время работал на киностудиях Ленфильм, Мосфильм и киностудии имени М. Горького.

1942 — Сувенир (короткометражный)

1954 — Родному народу (фильм-спектакль)

1958 — Не та, так эта

1960 — Кероглы

1965 — Непокорённый батальон

1969 — Кура неукротимая

1978 — Свекровь

Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda doğulub. Atası Mirəli bəy ticarətlə məşğul olurdu. Anası Ruqiyyə xanım isə evdar qadın idi. Ailə 1918-ci ilə qədər Qəmərlidə yaşayıb. Lakin erməni daşnaklarının azərbaycanlılara qarşı qırğınlar törətdiyi 1918-ci ildə 8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək əvvəl Tiflisə, sonra isə Bakıya köçməli olur. Bakıya köçəndə Hüseyn artıq üçüncü sinifdə oxuyurdu.

Hüseyn Seyidzadənin ömrünün ən xoşbəxt, qayğısız çağları elə uşaqlıq illəri olub. Amma bu da cəmi 8 il davam edib. Həyatda qarşılaşdığı ilk ən böyük faciəni də elə uşaqlıq illərində yaşayır. Kiçik yaşlarında atasını itirir. Atası Mirəli bəy Qarsda vəfat edir və elə orada da dəfn olunur (Mirəli Seyidovun Qarsdakı məzarını illər sonra qardaşı Mirqasım Seyidovun nəvəsi Dilarə Seyidzadə tapır). Atasının vəfatından sonra Hüseyni və ailəsini əmisi Mirqasım Seyidov saxlayır. Qardaşının 2 oğlunu və 2 qızını özünün 3 oğlu və 2 qızından ayırmır. Onları da öz doğma balaları kimi saxlayıb böyüdür.

Onda kinoya olan həvəs, sevgi hələ uşaqlıqdan özünü göstərirdi. Bacısı Zəhra xanım xatirələrində yazır ki, “Hüseyn tez-tez dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, “Əlsizlər” filminə çəkdirmişdi”.

Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına trikotaj fabrikində fəhlə işləyir. 1928-ci ildə Bakı İşçi teatrında kütləvi səhnələrdə çıxış edir. 1929-cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr tərəfindən onu Leninqrada təhsilini davam etdirməyə göndərirlər. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir. Bununla da ecazkar kino sahəsindən ömrünün sonuna qədər ayrıla bilmir.

Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından idi. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. O, çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.

Hüseyn Seyidzadə qısa bir müddət Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvaya yola düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır. Kulişov və Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm”, “Mosfilm”, Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Lyudkeviçin rəhbərliyi altında çalışır. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir.

Hüseyn Seyidzadənin müstəqil rejissor kimi kino həyatı 1939-cu ildə “Ayna”yla başlayır. Amma elə ilk dəfədən də uğursuzluğa düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Bundan sonra yarımçıq qalan “Ayna”nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkirlər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə “Sovqat” adlandırılır. Baş rolu Leyla Bədirbəyli ifa edir.

1953-cü ildə kinostudiyada “Doğma xalqıma” bədii-sənədli filminin istehsalı başlayır. Filmin quruluşu rejissor Yan Fridə tapşırılır. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilir. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılır. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olunur.

H.Seyidzadənin “O olmasın, bu olsun” filmi Azərbaycan kinosunda bir inqilab idi. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. O, dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırır. Bununla da “O olmasın, bu olsun” onun quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur. İlk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi.

“O olmasın, bu olsun” Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi.

Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, «O olmasın, bu olsun» qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının «kino qalereyası» idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı.

Использованы материалы Интернет энциклопедии «Википедия»

 

Реклама