14 OKTYABR — SƏTTAR BƏHLULZADƏNİN XATİRƏ GÜNÜ

Стандартный

БАХЛ порт

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa «Kommunist» qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

БАХЛ БАЗАРДЮЗУBAZARDÜZÜ

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri («Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri («Buzovna neft mədənləri», «Əmircan» və s.) nümayiş etdirilmişdir.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan «Xəzər üzərində axşam», «Xəzər gözəli», «Əbədi məşəllər», «Kəpəzin göz yaşları», «Vətənimin baharı», «Azərbaycan nağılı», «Suraxanı atəşgahı» , «Əfsanəvi torpaq», «Şahnabat», «Naxçıvan. Axşamçağı Ordubad bağlarında», «Vətənimin baharı», «Bakıda atəşfəşanlıq», «Qudyalçay vadisi», «Qızılbənövşəyə gedən yol», «Suraxanı atəşgahı,»Əmircan», «Neft daşları», «Şamaxı üzümlükləri» və s. əsərləri əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

БАХЛ ДЫНИДЫНИ

Сатта́р Бахлу́л оглы Бахлулзаде́ (азерб. Səttar Bəhlul oğlu Bəhlulzadə / Сәттар Бәһлул оғлу Бәһлулзадә; 2 [15] декабря 1909, село Амирджаны, ныне в черте Баку, — 14 октября 1974 года, Москва, похоронен в родном посёлке Амирджаны) —азербайджанский советский живописец XX века, известный в основном своими большими лирическими пейзажами, воспевающими природу Азербайджана, Заслуженный деятель искусств Азербайджанской ССР (1960), Народный художник Азербайджанской ССР (1963), лауреат Государственной премии Азербайджанской ССР (1972). Награждён двумя орденами Трудового Красного Знамени (1959, 1969).

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s