29 sentyabr — Bakı Dövlət Universitetinin fəaliyyətə başlayıb. Onun təsis olunması barədə qərarı Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sentyabrın birində qəbul etmişdi.
Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə üç ayadək müzakirədən sonra 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul edilmişdir. 5 fəsil, 72 maddədən ibarət olan nizamnamədə universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilmişdi.
Universitetin ilk rektoru Kazan universitetinin professoru, Saratov universitetinin birinci rektoru, görkəmli cərrah-alim V.İ. Razumovski olub.
1992-99-cu illlərdə Bakı Dövlət Universiteti onun yaranmasının təşəbbüüsçüsü olmuş və burda mühazirələr oxumuş Məmmədəmin Rəsulzadənin adını daşıyıb. Heydər Əliyevin fərmnıyla Azərbaycan Demoktratik Respublikasının banisinin adı universitetdən götürülüb.
Для отправки комментария необходимо войти на сайт.