Daily Archives: 21.09.2015

«O OLMASIN, BU OLSUN» HAMAM SƏHNƏSİ

Стандартный
«O OLMASIN, BU OLSUN» HAMAM SƏHNƏSİ

HAMAM

Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, cağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.

M u s i q i

 H a m ı (oxuyurlar). Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Bir yumurta!… H a m ı. Yaz, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var. M u s i q i Dəllək qırxır, hamamçı qəlyan çəkir.

M ə ş ə d i Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən? H a m ı. Hamamda!…

 M ə ş ə d i Q ə z ə n f ə r.

Yazın istisində harada sərinləyə bilərsən? H a m ı. Hamamda!

M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir?

 H a m ı. Əşi, heç kəs!

 M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə de!

U s t a M ə h ə r r ə m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?

 H a m ı. Hamamda!

U s t a M ə h ə r r ə m. Harda bir parça ləzzət görərsən?

H a m ı. Hamamda! Read the rest of this entry

Реклама

“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

Изображение
“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

EKIN

Badkube uyezdinin Balaxana qəryəsində neft quyuları var ki, oradan nefti gətirib şəhərin yanında olan zavodlarda ondan cövhər çəkirlər. Zikr olan qəryədən zavodlaracan 7 verst yoldur ki, kirayəçi ərradəçilər neftin putunu 5 qəpiyə gətiririllər. Deyirlər keçən il ərrradəçilər zavod sahiblərinən 500 min manatacan kirayə alıblar. İndi Badkubə şəhərində iki kompaniya bina olub: birisi istəyir Balaxanıdan nefti yer altı ilə dəmir novçalar ilə gətirsin və birisi isə istəyir dəmir yolu təmir eləsin. Yer altı ilə neft gətirmək istəyənə dövlət tərəfindən izn verilib və bu bahar onu başlayacaqlar. Deyirlər buna 100 min manatacan xərc olacaq. Dəmiryolu ilə gətirmək istəyənə indiyəcən izn alınmayıb, amma bişəkk dövlət izn verəcək və izn barəsində ərizə göndəriblər. İndiyəcən dəmiryolundan ötrü 200 min manatacan cəm olub. Deyirlər onun 300 min manatacan xərci olacaq.  Neft cövhəri satanlar keçən il ziyadə nəf ediblər. Əvvəl onun putunu Moskva və qeyri  şəhərlərdə bir manat yarıma, iki manata satırdılar, amma keçən il 3-4, hətta 5 manata satıblar.

18yanvar 1877

СТАРЫЙ БАКУ 1