BAŞINIZ SAĞ OLSUN, CƏNABLAR

Изображение

“Ocaq” qəzetinin çıxdığı on bir il yarım il ərzində ən çox yazdığım janrlar bəlkə də “başsağlığı” və “nekroloq” olub – inanmayanlar qəzetin arxivinə baxa bilərlər. Təşkilat üzlərimizin, təşkilatda olmayan samaralı azərbaycanlıların valideynlərinin, bacı-qardaşlarının, qayınaya və qayınanalarının xatirəsinə söz yazmışam. Avqustun sonunda ailəmin sonuncu üzvünü- anamı itirdim. Təşkilatımın üzvləri mən Samaraya gələndən sonra keçirdikləri birinci iclaslarında mənə ya şifahi ya telefonla başsağlığı vermək əvəzinə mənim və qəzetin qeybətiylə məşğul olurlar. Yenə vətənpərvərlikdən, xalqa məhəbbətdən və milli qeyrətdən dəm vururlar.

Cənablar, ayıbdır!

Mən sentyabrın 6-da Samaraya qayıtmışam. Bu müddətdə üç adam mənə zənf vurub: Füzuli Hüseynov, Rövşən Quliyev və Ələşrəf Hüsynov. Füzuli bəy mənə bir neçə dəfə Azərbaycanda olanda da zəng vurmuşdu. Azərbaycana Namiq Məmmədov, Natiq Rəhmanov və Elşən Bağırov da zəng vurmuşdular. Mən bu insanlara dərindən minnətdaram. Zəng vurmayanlardan da incik deyiləm, heç kim mənə borclu deyil. Amcaq anamın yası bitməmiş ardımca atıb-vurmaq heç yaxşı deyil.

Mən bu söhbətlərin təşəbbüsçülərini yaxşı tanıyıram və onların motivləri mənə tamamilə aydındir. Məsələn, cənab R. Əliyevin mənə hücumlarının konkret səbəbi var, bunu hamı bilir. Mən cənab Əliyevin yadına ayrı bir şeyi salmaq istəyirəm. Səhv etmirəmsə, 2006-cı ildə mən mərhum Xanzadə Əliyevin əlyazmalarını kompüterdə yığmışam. Şerlər çətin oxunan xətlə şagird dəftərinə yazılmışdı, dörd yüz səhifdən artıq material vardı. Yığmaqdan əlavə, şerlərin ciddi redakdəyə ehtiyacı vardı və bunu da eləmişəm. Təxminə üç həftəlik iş. Sonra öz ayağımla aparıb cənab Əliyevə iş yerində vermişəm. Yadıma gəlmir ki, o mənə “sağ ol” demiş ola… Bizim qəzetdə cəmi bir adamın şerləri olunub – Xanzadə Əliyevin ki, bu da faktdır. Mən şadam ki, bu işi görmüşəm. R. Əliyevə görə yox. Mən bu işi mərhum Xanzadə Əliyevin qəhrəman şəhid oğlunun xatirəsinə həstr edirəm. İndi cənab R. Əliyev məndən nə istəyir? Mən onun atasının ölməyini hardan bilməliydim? Bəlkə o mənə Azərbaycana zəng vururdu? Yox, vurmurdu…

O ki qaldı onun “məqalələrini” çap etməməyimə, mən bilmirəm hansı məqalədən söhbət gedir. Bir dəfə türməyə səfərdən yazı olub, qoymuşam qəzetə. Özü də ciddi redaktə ilə. Çünki rusca mübtəda ilə xəbər uzlaşmırdı… Məqalə yazan dili bilməlidir. Yaxşı bilməlidir. Buna görə də filologiya fakultələri, jurnalist fakultələri mövcuddur…

O ki qaldı öz oğullarını Amerikada gizlədib vətənpərvərlikdən dəm vuran cənablar, onlara heç cavab vermək istəmirəm…

Mənə başsağlığı vermiş bütün insanlara minnətdaram.Verməyənlərdən də incik deyiləm. Anamın xatirəsinə hörmət, bu xatirəni yaşatmaq mənlikdir. Füzuli Hüseynov mənə yazmışdı ki, mənim yazdıqlarımda anamın xatirəsi yaşayacaq. Təvazösüz olsa da, mən Füzulinin sözlərini doğru sayıram.

Sizə isə, cənablar, baş sağlığı arzulayıram. Başı sağ olmayan adam başını itirmiş kimi olur.

Başınız sağ olsun!

20.09. 2015

P.S. Keçən il bu vaxtlar təşkilat qeybətlə yox, musiqi tədbirinə hazirlıqla məşğul idi. Təşəbbüsçüsü mən olduğum tədbir sentyabrın 30-da keçirildi…

X.X.

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s