Daily Archives: 17.07.2015

«ƏKİNÇİ»: QUYULAR FƏVVARƏ VURUR, NEFT İSƏ BAHADIR

Стандартный

EKIN

Neft baha satılmağının bir səbəbi budur ki, onu qeyri yerlərə çəllək ilə aparanda neft duru olduğuna çəllək axır. İndi “Russki mir” qəzeti yazır ki, Peterburqda bir firəng hükəması gəlib ərizə verib ki, mən nefti bir qeyri yerə aparmaqdan ötrü onu bərk şeyə döndərib, genə sonra duru edə bilirəm. Ona binaən dövlətdən izn istəyir ki, ona Rusiyada neft aparmaqdan ötrü ona icma bina etməyə ixtiyar versin.

====================================

Əgərçi bu halda Badkubənin neft quyularının bəzilərindən neft fəvvarə vurub çıxır, amma bunilə belə neftin qiyməyi artır. Bu halda qara neftin yaxşısının putu 10 qəpik.

14 APREL 1877

Реклама

FƏRİDƏ VƏ ŞİRVAN KƏRİMOVLARA BAŞSAĞLIĞI

Стандартный

“Samara vilayəti azərbaycanlılarının Liqasi”nın İdarə heyəyinin üzvləri Fəridə və Şirvan Kərimovlara əzizləri Həsənov Bəylər Təhməz oğlunun vəfatı münasibətiylə dərin hüznlə başsağlığı verirlər.

Bəylər Həsənov uzun illər Zəngilanda maliyyə şöbəsinin baş mühasibi olmuş, erməni işğalından sonra Bakıda məskunlaşandan sonra zəngin maliyyəçi təcrübəsini bu sahənin yüksək rütbəli rəsmiləriylə bölüşmüşdür. Bəylər Təhməz oğlu respublika paytaxtında yaşayan, ancaq zəngilançılığı yaşadan yerliləri arasında həmişə yüksək hörmət  və etibar sahibi olmuşdur.

Bəylər Təhməz oğlu Həsənovun 90 yaşı vardı.

ЗАНГЕЛАН