Daily Archives: 10.07.2015

“ƏKİNÇİ”: ERMƏNİLƏRİN ON QƏZETİ VAR, BİZ BİR QƏZETİ SAXLAYA BİLMİRİK…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

DAXİLİYYƏ

Avropa əhlinin qəzeti iki qism olur, birisi ki, gündə bir neçə dəfə, ya gendə bir, ya intəhası həftədə bir çıxır, ona qəzet deyirlər. Birisi ki, iki həhtədə, ya ayda bir, ya ayda 2-6 dəfə çıxır, ona jurnal deyirlər. Qəzet, əxbariyyəti-yövmiyyətdən xəbər verir və özü bizim qəzet kimi bir vərəq üstə çap olunur, amma jurnal kitab kimi 100-500 vərəq olur və özü elm və qeyri xəbərlərdən danışır.

Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olir, hətta bizim həmçeşmimiz ermənilərin 10 qəzetləri və 3 jurnalları var. “Əkinçi” qəzeti oluncan bizim heç bir qəzetimiz və jurnalımız olmayıb. Doğrudur, Tehranda bir neçə ildir ki, “Ruznameyi-İran” çap olunur, amma ondan heç bir kimsəyə nəf yoxdur. Bina bərin ona qəzet demək olmaz. “Əkinçi”nin adını qəzet qoymaqdan muradımız ancaq yövmiyyə xəbərlər yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac qalıb həmi təzə xəbərlərdən, həmi elm və qeyri xəbərlərdən danışırıq. Lakin qəzetimiz kiçik olduğuna və gec-gec çıxdığına nə təxə xəbərlərin hamısından, nə qeyri xəbərlərdən yazmaq olmur. Bu səbəblərə görə ya gərək qəzeti böyükləndirmək ya onu tez-tez çıxarmaq. Qəzeti bir az böyükləndirmək məqdur oldu, amma hürufat az az olduğuna dəxi böyükləndirmək olmur. İndi lazım gəlir qəzeti tez-tez, yəni həftədə bir dəfə çıxarmaq. Amma həftəlik qəzetin xərci də birə-bir ziyadə olacaq. Ona binaən onun qiymətini də bir-bir atrtırçaq, yəni onun bir ilinə 6, yarım ilinə 3 manat qiymət qoymaq gərək. Çünki müştərilərimizin bəzi təvəqqe edirlər ki, qəzeti həftədə bir dəfə çıxardaq, ona binaən yazıb bəyan edirk ki,əgər təzə ilədək 300-cən adam xahiş edə ki, 6 manat verib qəzeti alacaqlar, ol vaxtda gələn ilin ibtidasından qəzeti həftədə bir çıxardacayıq. Amma lazım bilib bunu da bəyan edirik ki, bizim adamın qəzet oxumaq həvəsinə baxanda demək olur ki, onlar dan nə ki 300, bəlkə də 100 də altı manat verən müştəri olmayacaq. Ay qardaşlar, sözün doğrusunu demək gərək, əgərçi bu halda bizim 290-a qədər müştərimiz var, amma onların hamısını müştəri hesab etmək olmaz. Onların 140-ı badkubə quberniyasının kəndlərindəndir ki, onlar üçün qeyrilər qəzet apardır, bəzi onu apardıb öz aşna-dostlarına sovqat göndərir. Mərhaba belə müştərilərə. Onların müştəriliyindın çe hasil? Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur, qart-qurt rus dili bilənlərimiz rus qəzeti gətirdillər ki, onu əvamünnas görüb onlara artıq hörmət eləsin. Şaltay-baltay rus yazısı bilənlərimiz rus qəzetlərinə məktublar göndərırlər ki, onlar çap olunanda ruslar ona hörmət etsin. Heyhat, biz kor olmuşuq ki, bircə qəzeti də saxlaya bilmirik və bununla belə qeyri millətlərə gülürük. Bəli, niyə gülməyək, onlar axmaqdırlar.  Məsələn,  bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, amma indi Kutais şəhərində biricça bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin, qiyməti 7 manat  və əgər çap elətmək zərər eləsə, o 5 min manatı ora məsrəf etsin. Məgər bizim tavanlı şəxslərimiz yoxdur ki, belə icma bina edək və bəlkə 5-10 qəzet çap elədək. Genə Allaha şükür, tavana kəslərimiz çoxdur, amma… həzərat, bağışlayınız, yeri düşüb ərz edəcəyəm – onların bəzi müftə qəzet apardıb indiyəcən pulunu verməyiblər. Bəzi qəzet oxumağı günah hesab edir ki, guya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağında sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin o kəslərə ki, böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər!

“ƏKİNÇİ”, 25 iyul 1876

Реклама

“ƏKİNÇİ”: YAZIRLAR Kİ, İMAM CƏFƏR VAXTINDA TELEQRAF VAR İDİ…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Bizlərdə ibarət ilə danışmaq adət olduğuna məktubat göndərənlərimizim çoxu səy edir ki, kamallı söz yazsın və əxbarat yazmağı eyib bilir. Məsələn, Zəkərtala şəhərində olan yanğı, İrəvanda və Cavadda olan sel və qeyri barəsində yazmırlar, amma yazırlar ki, İmam Cəfər vaxtında teleqraf var idi. Dustan, ibarət ilə yazılan tulani mətləb jurnalda çap olunur, qəzetdə ona yer olmur

====================================================

Zəkərtala şəhərində olan yanğı barəsində qəzetimizdə yazmışdıq ki, oranın əhli üçün pul yəqin edillər. Amma indiyəcən bir qəpik də göndərən yoxdur. Lakin rus  qəzetlərinin idarəsinə xaricilər pul göndərillər. Biz ol ehsan edənlərin siyahısına baxdıq, amma orada heç bir müsəlman adı görmədik. Həqiqət, biz çox biqeyrət tayfayıq ki, xaricilər bizim müsəlman qardaşlarımıza beqədri-məqdur köək edillər, amma biz bir qəpiyə heyfislənirik.

=================================================

Badkubə şəhərində 3 həftədir ki, külək əsmir. Ona binaən isti çox şiddət edib.

======================================================

“ƏKİNÇİ, 9 fevral 1876