TƏZƏ XƏBƏRLƏR
Tiflisdə keçən ay erməni dilində təzədən bina olan “Purdez” jurnalı deyir ki, İran mənləkətində xaçpərəstlərin protestantlarının vaizləri türk və erməni dillərində vəz edib, məktəbxanalar açıb çox adamı protestant ediblər. Məsələn, Təbriz şəhərində çox erməni və müsəlman, o cümlədən bir neçə molla və ceyid protestant olub. Çünki protestantlığın əvvəlinci şərtlərindən biri qardaşlıqdır, yəni hər protestant olanı özlərinə qardaş hrsab edib ona beqədri-məqdur kömək etməkdir. Lakin bizlərdə qardaşlıq həmiyyəti yoxdur və özümüz bir-birimizin ətini yeməyə hazirıq. Ona binaən təəccüb deyil ki, bəzi əşxas protestan olub. Təəccüb budur ki, indiyəcən protestant olanımız azdır.
======================================
İrandan rus qəzetlərinə yazırlar ki, Astarabadın valisi türkmənlərə tənbeh etməkdən ötrü min iki yüz sərbaz ilə Qarağacı keçib Türkmən yerinə dxil olub. Türkmənlər Qaraçayın körpüsünü dağıdıb özləri qəflətən onların üstünə tökülüblər. Sərbazlar tamam qaçıb. Körpü olmadığına görə Qaraçayın suyuna girəndə onlardan 230 adam öldürüblər. Türlmənlərin hamısı 300 adam olub.
===========================
Ermənilərin Ararat jurnalı yazır ki, may ayının 5-də günortadan sonra İrəvan şəhərində sel olub. 7-8 ev bilmərrə uçub tələf olub, 100-cən su ilə dolub. O sel şəhərin içinə bir böyük daş gətirib ki, onun ağırlığı 3 400 girvənkəyəcəndir.
==================================
Ermənilərin “Miğo Hayestan” qəzeti yazır ki, erməni jurnalı “D pərsi” çap etdirən kəs naxoşlayıb. Ona binaən onu qeyri kəs basdıracaq.
============================
Rus qəzetlərində yazırlar ki, Buxara xanı padşahı-imperaturi-Rusdan təvəqqe edib ki, onun oğlanlarının birisini məktəbxaneyi-əsgəriyyəyə qəbul etsin. İndi xəbər var ki, onun kiçik oölanlarının birisi Peteburqa təlim almağa gəlib.
===================================
Qəzetlərdə yazırlar ki, Kokan xanlığnda ki, ona indi Fərqan müzafatı deyirlər, çox neft və daş kömürü çıxıb.
=================================
Krımdan yazırlar ki, Osmanlıdan bir neçə tələbə müsəlmanlardan cəng üçün pul yığmağa gəlmişlər imiş, amma onları tutub göndəriblər.
==================================
Osmanlı qəzetlərində yazırlar ki,guya bizim Qafqaz müsəlmanları Osmanlı dövləti üçün pul yığırlar.
“ƏKİNÇİ”: 9 avqust 1876
Для отправки комментария необходимо войти на сайт.