“ƏKİNÇİ”: EV BUZOVUNDAN ÖKÜZ OLMAZ…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

DAXİLİYYƏ

Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə söhbət edirlər:

Sual: Əmi, eşitmisənmi ki, Badkubədə bir ildir filankəs “Əkinçi” ismində bir qəzet çıxarsdır, təzə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?

Cavab: Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan ya Krapet çıxardır imiş. Mən onun ata-babasını tanıram. Qoy getsin. Ev buzovundan öküz olmaz.

S.: “Əkinçi” qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları gətirdib öz dilimizdə elm öyrənmək.

C.: O elmləri öyrəmnək bizə lazım deyil. Niyə ata-babalarımız o elmsiz yolla getdilər, biz gedə bilmədik? Bizim öz elmimiz özümüzə bəsdir və əgər hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillərində öyrənsin. Dəxi elm kitablarını gətirdib öz dilimizə tərcümə etdirib çap etmək nə lazım? Və əgər çap etdirsək də o kitablardan nə olacaq? Ev buzovundan öküz olurmu?

S.: “Əkinçi” qəzeti deyir ki, qəzeti və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim edir, ona binaən hamı millətlər səy edib qəzet və jurnallar çap etdiririllər ki, qeyri millətlər arasında paimal olmasınlar, yoxsa Qazan şəhərli molla kimi, hətta namazın niyyətini də qeyri dildə edəllər ki, deyib: Abed namazı qılamən.

C.: Bunlar hamısı boş sözdür, pul tələsidir. Mən öz dlimizi məgər bilmirəm? Məzhəbdə qaim olmağa qəzet və jurnal oxumaq nə lazım? Kəlmeyi-şəhadət  və beş vaxt namaz bəsdir. Millət paimalmı olur? Qazan şəhərli molla xarici içində böyüyüb öz dilini yaddan çıxarmağının bizə nə rücuu var? Xülasə, bizə qəzet ya  jurnal gərək deyil və əgər bir-iki axmaq bica yerə zəhmət çəkib qəzet ya jurnal çıxardacaqlar da, ondan bir şey hasil olmayacaq, ona görə ki, ev buzovundan öküz olmaz.

S.: Əmi, belədə ev sahibindən adam olmaz və buzov gəlib ona sahib olur.

C.: Boş sözdür, — deyib qalxıb yola düşür.

“ƏKİNÇİ”, 9 avqust 1876

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s