“ƏKİNÇİ”: EY QƏPİYƏ MİLLƏT SATAN QARDAŞLAR…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

DAXİLİYYƏ

Bir il tamamdır ki, bizim qəzet çap olunur. Ona binaən lazım bilirik ki, bu bir ilin hesabına gedək. Keçən ilin rəcəbin əvvəlindən təzə iləcən bizim 600-cıb müştərimiz var idi. Bu il indiyəcən 283 bir illik, 57 yarım illik müştərimiz var. Bu halda ki, yarım il qurtarıb, onların 283-ü qalıb. Müştərimizin çoxu Quba, Dərbənd və Dağıstanın qeyri vilayətlərindəndir. Bizim şəhərlərdən ol qədər yoxdur. Məsələn, Qarabağdan 3, Şirvandan 3, Şəkidən 3, Lənkərandan 1, Gəncədən 1 adam qəzet apartdırır. Müştərimiz azalmağı çox təəccübdür. Əvvələn, qəzetin qiyməti artırılmayıb, onu böyükləndirmişik, onun məzmunu, hətta kağızı yaxşılanıb. Saniyən, bu halda hər səfər Osmanlı xəbərləri yazırıq və indi tamam dünya Osmanlı işlərindən danışır. Hətta bizim Badkubədə qulluq edənlər hər gündə bu barədə tel gətirirlər. Pəs bu əsnada bizim qəzetin müştərisi azalmaq təəccüb deyil? Əlbəttə, çox təəccübdür. Buna bir səbəb yoxdur, savay bizim qanmalığımız. Bəzisi biz yazdığımızı fəıhm edə bilməyib öz anlamazlığından bizi müsəlmanlara düşmən və yazımızı böhtan hesab edir. Bəzi deyir: bir şey yaz ki, ondan bir qəpik nəf olsun. Yəni millət işlərindən bir qəpiyi artıq tutur. Ey qəpiyə millət satan qardaşlar, siz adınızı müsəlman qoyub qeyrilərin müsəlmanlığıma şəkk edirsiniz. Vay, vay sizin halınıza ki, müsəlmanlağın şərtlərindən bircə namaz qılıb, oruc tutmağı bilirsiniz.

“ƏKİNÇİ”, 11 iyul 1876

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s