“ƏKİNÇİ”: BAKI ERMƏNİLƏRİ TAMAŞANIN PULUYLA KASIB UŞAQLARI PETERBURQA OXUMAĞA GÖNDƏRİRLƏR

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

TƏZƏ XƏBƏR

Bu il Qafqazın Badkubə və qeyri quberniyalarında çox quraqlıq olduğuna indi bahalıqdır. Məsələn, buğdanın putu Şirvanda 1 manat, Badkubədə 90 qəpikdir. Badkubədə İrandan düyü çox gəldiyinə putu 55 qəpiyə olub. Ona binaən bəzi kəslər 3 hissə buğda ununa bir hissə düyü unu qarışdırıb çörək bişiriblər. Deyirlər ki, çox ləzzətlo olur, şirin olur. Düyü buğdadan qüvvətsiz olduğuna İinsana ət gətirən şeylərin qədəri buğdada birə üç düyüdən ziyadə olur) ol çörəyin elə qüvvəti olmaz. Ona binaən məsləhət edirik ki, düyüdən  süzülməyəm aş bişirib onu ət, balıq, lobya, noxud ilə ya aşı soyudub çörək kimi yağ, pənir ilə yesinlər.

===================

Keçən aprelin 28-də Badkubədə ermənilər teatr çıxartdılar ki, ondan cəm olan məbləğ ilə bu il gimnaziyadan qurtaran fəqir uşaqları Peterburqa elm təhsil etməyə göndərsinlər.

=====================================================================

Şirvan uyezdinin Zərdab kəndindən yazırlar ki, bu il çox çəyirtgə əmələ gəlib,

amma quraqlıqdan ələfiyyat olmadığına görə bir-birini yeyib tələf ediblər.

======================================

Bu halda yer üzündə olan qəzetlər tamam Osmanlı işindən danışır. Osmanlının İstanbul və qeyri şəhərlərindən gedən teleqram dünyanı doldurub. Bosnə və Qerseqovinədə olan cəng dəxi şiddət edir. Bolqar vilayəti həm cəng başlayıb. Krit cəzirəsinin, hətta İstanbulun öz əhli dövlətdən özləri üçün bəzi ixtiyarlar istəyirlər. Xülasə işlər çox pərişandır. Mahmud Nədim paşa ki, soltanın əvvəlinci vəziri idi, əzl olub, onun yerinə sərəsgər Hüseyn Ovni paşa təyin olub. Bu səbəblərə binaən indi Rus, Avstriya, Prus vəzirləri Berlin şəhərinə yığılıb məsləhətdədirlər. Deyirlər Osmanlı ilə cəng edən vilayətləri Avstriya əsgərizəbt edəcək ki, dövləti-Osmanlı onların əhlinə vəd elədiyi ixtiyarları verincən orada qalsın. Xülasə, tamam Avropa dövlətləri səy edirlər ki, cəng olmasın.

=====================================

Yazırlar ki, İran dövləti Qarun çayının kənarlarını ki, Şəttül-ərəb tərəfdədir, bir firəng kampaniyasına altmış ilə icarəyə verib ki, orada qənd qamışı, pambıq, üzüm, şimçadi-leyl əksin, atəş gəmiləri ssaxlasın, fabrikalar açsın.

======================================================

Əlahəzrəti padşahi-imperaturi Berlin şəhərinə səyahətə gedib.

===============================================

Peterburqun şəhət icmai hökm edib ki, şəhərdə olan bisahib itləri tələf etsinlər və hər kəs it saxlamaq isyəsə, hər il 1 manat şəhər üçün xərc versin.

“ƏKİNÇİ”, 13 may 1876

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s