Monthly Archives: Июнь 2015

ZƏRDABİNİN HEYKƏLİNİ SÖKƏK, KİTABLARINI YANDIRAQ

Стандартный

Bizim bildiyimiz adlardır və sevgimiz də adlaradır:

Nizamilər, füzulilər… Azərbaycanda nə nəqər Füzulini oxuyan var?

İndiki Salyanda Əliyevin heykəli orqanik, üzvi, yəni kobud desək, yerində görünür, ancaq orda doğulmuş Əli bəy Hüseynzadənin cəbhə vaxtı tələsik qoyulmuş heykəli yox. Hansı salyanlı Əli bəyin hansı bir məqaləsinisə oxuyub? Əliyev başqa məsələ. İndiki salyanlıların əksəriyyəti əliyevlərin hökmranlığı dövründə doğulub-böyüyüb. Onun heykəli qoyulan yerdən əlli metr aralı pambıq vaxtı otuzacan avtobus dayanardı səhər tezdən, xırda uşaqları çalğıyla o avtobuslara dolduruB aparırdılar rayonun kəndlərinə zəhərli tarlalarda pambıq yığmağa…

Yasını saxladığımız hadisələr iki-üç sözdən ibarət ada qədər daralıb: Xocalı qırğını, Qara yanvar…

Kim bir-iki Xocalı qurbanının adını çəkər? Mən rus və Azərbaycan dillərində siyahını “Ocağ”ın bloquna qoymuşam – baxan yoxdur…

Mən burda Samara azırbaycanlılarının hər il keçirdiyi Xocalı ya Qara yanvar tədbirində ancaq xəcalət çəkirəm… Hərçənd ağlayan da olur. Bəzi insanlar Putindən bir gözlə ağlamağı öyrəniblər… Həmin bu adamlar doxsanıncı illərin əvvəlində daban əlli altı ordan qaçıblar…

Heyf o zülmlə qırılanlara…

“Əkinçi” qəzetinin adını çox adam bilir. Bu qəzetdən daha nə bilirik?

İki aydır ki, “Əkinçi”nin məqalələrindən seçib təzədən yığır (şrift uyğunsuzluğu var), “Ocağ”ın bloqunda yerləşdirirəm. Oxuyan yoxdur. Bir nəfər, lerikli Füzuli Hüseynov, azərbaycanca hamımızdan savadlı yaznb talış oğlu bu yazıları FB-da paylaşır…

Bizim millət adları sevir. Həm də əsasən ölü adlarını. Bizim qəzetin 125 nömrəsi çıxıb, çox şeydən yazmışıq. Rusiya azərbaycanlılarının ikinci onillik ərzində fasiləsiz çıxan çox az qəzetlərindən biriyik. İndiyəcən Azərbaycanda bir adam maraqlanıb? Starçeviskinin lüğətindən yazdım, kaftarlar cəmdək üstünə tökülən kimi töküldülər. Hamı alim olmaq istəyir, hamı özünü qaldırmaq, gözə soxmaq istəyir, bu insanlar üçün Xocalı da, Yanvar da özlərini xatırlatdırmaq üçün vasitədir.

Biz son dəfə Xocalı tədbirində vəzifə məsələsini müzakirə etdik. Bir gözlə ağlayandan sonra…

İlham Əliyev Rəsulzadənin 130 illiyini qeyd etmək barədə fərman verdi, nəticəsi də bu oldu ki, kişinin yeganə barelyefini də sökdülər.

İlham Əliyev “Əkinçi” barəsində də fərman verib. Kş elə Həsən bəy Zərdabinin də heykəlini yubiley nünasibətilə sökələr, Zərdabinin kitablarını yığıb yandıralar.

Onsuz da bizim sevgimiz ancaq adlaradır…

X.X.

25.06. 2015 Samara

Реклама

“ƏKİNÇİ”: AŞURA AXŞAMI SALYANDA OTUZDAN ÇOX DÜKAN YANIB

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

TƏZƏ XƏBƏRLƏR

Bu fevralın 9-da bizim padşahın həmşirəsi Mariya Nikolayevna mərhum olub.

============================

Badkubə müsəlmanlarının arasıında danışıq var ki, şəbnişindən ötrü bir mənzil kirayə edib oraya axşamlar söhbət etməyə və vaxtı xoş keçirmək üçün cəm olsunlar və bu camaaat mənzilin adını behstillahi rus-müsəlam klubu qoysunlar ki, haman mənzildə olan məşğulat cümləsi müsəlmanlar adət etdiyi məşğələlərdən olsun. Məsələn, şətrənc, nərd-taxta oynamaq və hər cürə özləri xahiş etdiyi müsəlman kitabları oxumaq. Bu mənzilin kirayəsini verməkdən ötrü, lazım olan müxəlləfatı və kitabları almaq üçün camaat məbləğ cəm edəcəkdir ol kəslərdən hansıları ki, ol mənzilə həmişə gəlməyə xahişmənd olacaqdır.

=================================================

Aşura axşamı Salyan qəsəbəsində yanğından 30-dan ziyadə dükan tamam malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının şiddət etməsinə səbəb 2 neft dükanı olub ki, zikr olan 30 dükan iki saatın müddətində yanıb qurtarıb.

==================================================

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəng elədiyinə binaən tamam Avropa dövlətləri əsgər cəm edib ol cəngin aqibətini gözləyir idilər və Osmanlı çox əsgər yığıb, o cümlədən Qafqazdan gedən çərkəzlərdən əlahiddə polk düzəldib cəng gəmilərini və top-tüfəngi arəstə etmiş idi. Keçən həftə ki, Avropa dşvlətlərinin konsullları Andraşi yazdığı sülhnaməni sədrəzəmə verəndə onu qəbul etməmişdi, hamı fikir elədilər ki, cəng başlanacaq. Amma indi teleqraf ilə xəbər gəlib ki, Osmanlı dövləti ol sülhnaməni qəbul edib.

“ƏKİNÇİ”, 15 fevral 1876

 

“ƏKİNÇİ: BİZİ LONDONDA TANIYIRLAR, ANCAQ BİZİM ADAM…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunduğu məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlıq istər. Londonda bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi kiçik qəzet çap olunmağınıeşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyibdir. Hətta elə adam var ki, onu almaq istəmir. Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir edirlər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmağından ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qlrx adam onu gələn il almağa xahiş edib. Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktububu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb… Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmi-ıbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmi-ədyan oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?

“ƏKİNÇİ”, 1 yanvar 1876

 

 

“ƏKİNÇİ”: BİZ MÜSƏLMANLAR ELMDƏN VƏBADAN QAÇAN KİMİ QAÇIRIQ

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Keçən nömrələrdə Rusiya dövlətinin, xalqının və məktəbxanalarda oxuyan şagirdlərinin hesabından xəbər verdik ki, həştad milyonacan xalqdan bir milyon oxuyan var. Əlbəttə, ol qədər oxuyana çox demək olmaz. Ona binaən ki, hər həştad adamdan bir adam oxuyur.

Amma qeyri vilahətlərdə, Yeni dünya, yəni Amerika qitəsində jəmahiri-müttəfiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri millətlətdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxuaqda çox tərəqqi edib. On il bundan əqdəm zikr olan oxuyanlaırın nisfi qədər oxuyan olmayıb, amma indi Rusiyada ol qədər oxumaq istəyən var ki, tamam məktəbxanalar dolubdular və hər il də hər bir məktəbxanaya oxuçaqdan ötrü ol qədər ərizə verən olur ki, onlardan yer olmadığına beşdən bir adamı götürmək olur. Ona binaən həmişə təzə məktəbxanalar bina olunur. Çünki ol qədər məktəbxanaları dövlət saxlaya bilməz, ona binaən hər bir şəhərin ijması səy edir ki, öz xərci ilə şəhərlərində məktəbxana açsınlar. Rus qəzetlərini oxuyanlara məlumdur ki, onların hər bir nömründə belə məktəbxanalar açılmaqdan xəbər verilir. Bizim Qafqazda, məsələn, Badkubə quberniyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına görə ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan milllətlər oxumağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurubdurlar. İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir? Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən çox erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən 30-can Badkubə əhlidir ki, əvvəlinci klasa giribdirlər, rus dili öyrənib sonra öz dastədlərinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxuçaq istəmirik. Məsələn, dağıstan müsəlmanlarından Badkubə gimnaziyasında gərək 15 padşahlıq xərcilə oxuyan olsun, amma müsəlmanlar oxumaq istəmədiyinə görə ancaq 13 müsəlman oxuyur, ikisinin əvəzində rus uşaqları oxuyurları.  Belə olan surətdə biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə ol cəngdə məglub olub mürur ilə tələf olacayıq.

Necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli müsəlmana bərabərdir. Onların birisi qazandığı dövləti əlli müsəlman qazanır. Əlbəttə, bu səbəblərə bizim ac qarnimıza ağrı, üryan bədənimizə soyuq dəyib bizləri tələf edəcəkdir. Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər Allahdan buyuruq, ağzıma quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin… Xoşa o kəslərə ki, kim bilir, kim qazana, kim yeyə, əbləh odur ki dünya üçün qəm yeyə — deyib gələcəkdən bixəbər olub onun fikrini çəkmirlər!

“ƏKİNÇİ”, 4 noyabr 1875

ОБИДНО БЫТЬ «НЕМЫТОЙ СТРАНОЙ»

Стандартный

Чемпионат мира 2018, скорее всего в России состоится. Но Самару могут и исключить из числа городов, где пройдут игры Кубка мира. За вот эту рекламу.

ОБАМА 1

Она висит на улице Ново-Садовая (угол Аминева). По этой улице передвигаются руководители области, высокопоставленные гости города. По этой же улице расположены самые дорогие отели. Невозможно не заметить эту расистскую похабщину. Если бы повесить здесь, например, украинский флаг, думаю, через минуту снимут и привлекут.

Пока эта реклама висит, я против проведения игр ЧМ-2018 в городе Самаре.

ОБАМА 2

“ƏKİNÇİ”: TİFLİS-BAKI DƏMİRYOLU 221 58 000MANATA BAŞA GƏLƏCƏK

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Tiflisdən Badkubəyə dəmiryolu təmir olunmağı xalqa məlumdur. İndi Peterburq qəzetləri bəyan edirlər ki, onun tuli 520 verst olacaqdır. Onu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən ijma təmir edəcək. Onun xərci 221 58000 manat, yəni hər verstə 42537 manat olacaqdır. Onun stansiyalarının yeri Tiflisdə və Badkubədə məkum deyil, amma məlumdur ki, Badkbədən dərya kənarı ilə gedəcək haccıabula, Hacqabuldan o yanahansı tərəfdən gedəcəyi genə yəqinən məlum deyil. Ya Kür çayınnı kənarı ilə, ya da dağ ətəyi ilə gedəcək. Javaddan yuxarı gedib Mollakənddən, Zərdabdan keçib Pirəzəyə gedəcək, oradan Kürü keçib Çinlidən, Gorandan Gəncəyə gedəcək və əgər dağ ətəyi ilə getməli olsa, Hacıqbuldan gedəcək Paşalıya, Qaraqaşlıya, Qarabucağa, Məlik kəndinə, Çinliyə, Mixaya, Qarautana, oradan Kürü keçib, əgər igləyədən, Təkqayadan, Dəli titldən Gəncəyə gedəcək.

Bu iki tərəflərdən ümid çoxdur ki, Kür kənarilə getsin. Gəncədə stansiya şəhərin şimal tərəfində olacaq, oradan gedəcək Tovuza, Ağstafaya, Salahlıya, oradan genə kürü keçib Dəmirçi Həsənlidən, Hacılıdan, Axtalıdan Tiflisə gedəcək. Dəmiryolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə gedilən yolu bir günə rahat gedir. Ondan masəva bizim yerlərimizdən və mallarımızdan hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badkubə şəhərlərinə və qeyri yerlərə aparıb artıq qiymətə satmaq olur. Ona binaən bizim indi az mədaxil götürən yerlərimiz birə-beş artıq mədaxil götürəcək. Əlbəttə, bu xeyirləri hər kəs vaxtında görüb biləcəkdir. İndi onlardan danışmağımıza səbəb oldur ki, bizə məlumdur bir neçə dövlətli kəslər xahiş edirlər dəmiryolu gedən yerlərdə bəyzadələrin məxsusi yerlərin alıb onları dövlət tərəfindən olan mərhəmətdən mərhum etsinlər. Ona binaən vacib bilib bəyzadələrimizi sərhesab edirik ki, məzkur yerlərdə ya onların yavıqlığında olan yerlərini satmayıb təmir yolu təmir oluncan saxlasınlar ki, ol vaxtda onlar birə-beş artıq qiymətə gedəcək.

“ƏKİNÇİ”, 5 sentyabr 1875

“ƏKİNÇİ”: MÜSƏLMAN SAVADLILARI ARASINDA ÖZ DİLİNDƏ DÜRÜST MƏKTUB YAZAN AZ TAPILAR

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Hər kühənsal və çox ömr eləmiş adamdan soruşursan ki, əmi, keçən zəmanə ilə bu zəmanənin güzəranı necədir? Deyir, oğlum, keçən zəmanənin bərəkəti var idi və çox ucuzluq idi. Məsələn, ətin batmanı bir köhnə riyal, buğdanın xalvarı on riyal, yumurtanın 100-ü iki şahıya satılır idi. Amma bu zəmanədə hər şey ol qədər bahalanıbdır ki, demək olur ki, hər şey öz ağırlığında pula gedər və keçən zaman 100 tümən pulu və bir mahud çuxası olan kəsi şəhər içində barmaq ilə işarə verirdilər. Amma indi 100 000 manatı olan adama dövlətli demək olmaz. Bu avam sözdən qiyas eləmək olur ki, indi zəmanə tərəqqi eləyibdir və intizami-aləm həddi-istehkamə yetişibdir və xalqın fəhmi və səliqəsi artmağa binaən meylləri həm ziynətə və təcəllatə artıbdır. Qədim bir mahud çuxası olana indi on çuxa kifayət eləməz. Xonçasında doşab halvası olmayan şəkər halvasını bəyənməz. Əgər yaxşı fikir eləsən, insan öz xilqətinə münasib ki, mədəniyüt-təb yaranmış, əgər müxalitət və ictima edib, bir-birilə qarışıb dostluq eləməsə, məişət əsbabın cəm edib dünyada zindəganlıq eləməyi qayətdə müşkül olacaqdır. Pəs şüuru olan insana lazımdır ki, məzkur əsbabı cəm olan cəbbəxananın bağlı qapısın açmaqçın əvəl bir kilid təhsil eləsin ki, zəhmətsiz o bağlı qapını açıb hər əsbabı ki, bu şərifi-hədisə müvafiq əhris liddünyakə kəənnəkə təişu əbədən və əhris liaxirətikə kəənnəkə təmutu gədən (dünya işlərini elə gör ki, guya sən dünyada əbədi yaşayacaqsan. Axirət işlərinə isə elə fikir ver ki, guya sabah öləcəksən) bir özünə lazım olur təhsil eləyib ondan sonra dünya və axirət evin abad eləməyə məşğul olsun və belə kilidi ki, məzkur evin qapısın açsın, Allahın nemətlərinin qədrin bilib Qurani-mübarəkədə nazil olan bu ayeyi-şərifə misqal etməkliyilə və min ayatihi ixtilafifü əlsinətiküm və əlvaniküm (sizin rənglərinizin və dillərinizin müxtəlifliyi Allahın məsləhətidir) və imkan qədəri xarici dillərə vaqif olmağı və lazım olan hərf və sənayei təlim tapmaq ilə ələ gətirmək olur. Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli mütəlle olmayan şeylərin mübaliği-xatir dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngi tacirdən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütəhəyyir qalısan. Amma o şəhərin əhlindən sual edəsən ki, kişi, sənin bağında neçə qisim yemiş ağacı və nə qədər üzüm, meyvə var, qətən deyəcəkdir hesab eləməmişəm. Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə dan;şırlar. Amma müsəlmanlar içində savadı olan adamlardan çox az tapılır ki, öz dilində dürüst məktub yazsın. Əgər bir şəxs desə ki, əmi, keçən zəmanədən bu zəmanə yaxşıdır və bu zəmanəyə llah keçən zəmanədən artıq bərəkət veribdir, ağraq danışmayacaqdır. Ondan ötrü ki, hər məmləkətdə müəllimxanalar və mədrəsələr açılıb və əsbabi-mərifət ətraf aləmı dağılıb. Badkubə kimi şəhərdə öz miçlli dilinlə qəzet basılır, uzaq məmləkətlərdə olan əxbari-qəribə və müfid söhbətləri öz evindən çıxmayıb oxuuyub bilirsən. Gör ki, Avropa məmləkətləri və Yeni dünya, dəmir yollar, buxar gəmiləri olmaq səbəbilə cəninlə yaxın qonşu olub. Məkkeyi-müəzzəm ziyərəti ki, neçə il bundan sabiq çox müşkül idi və bir ilə yaxın səfərin tuli var idi, iki ya iki ay yarıma kəmali-istirahət ilə gedib-gəlmək olur..

“ƏKİNÇİ”, 5 oktyabr 1875

ЭЛЬШАН БАГИРОВ: «ДВАДЦАТОГО ЯНВАРЯ 1990 ГОДА ВСЕМ КЛАССОМ ПЛАКАЛИ…»

Стандартный

Эльшан Багиров в нашей организации сравнительно недавно. Несмотря на достаточно значительные габариты, человек он не шумный, оставляет приятное впечатление своим тихим нравом и обходительностью. На наши мероприятия, как правило, приходит с маленьким сынишкой Эмиром. Я даже думал, что Эмир единственный ребенок в семье. Как оказалось, что этот симпатичный мальчик самый младший из четырех детей Эльшана Багирова, с которым я недавно долго беседовал в офисе ЛАСО.

Х.Х.

БАГИРОВ у табло

— Мои интервью всегда начинаются как анкетирование. По-другому как-то не получается. Расскажите, когда родились, где.

— Родился я 29 марта 1973 года в селе Газян Уджарского района. Дедушка мой по отцу Магамед не вернулся с Великой отечественной войны, пропал без вести. Я его искал на сайте «Поиск». Есть только сведение о том, когда, откуда призывался, но о дальнейшей его судьбе нет ничего. Родного брата дедушки Алескера постигла та же участь, он тоже пропал без вести. Другой их брат Исмайыл вернулся с фронта живым.

Их отец Багир, от имени которого происходит наша фамилия, был известным во всей округе человеком, уважаемым моллой.

Моя бабушка без мужа вырастила четверых детей. У нее еще был пятый ребенок, самый маленький. Умер во время войны, скорее от недоедания. Тогда женщины в колхозе выполняли и мужскую работу, дети оставались без ухода, не кормленными…

Теперь из четырех детей жив только мой отец, Алисахиб. Дядя Алисурет был журналистом, работал в районной газете «Йени сёз». Умер в возрасте 53 лет, в 1990 году. Тяжелое тогда время было в Азербайджане, не все выдерживали… Ушли из жизни и тети Сарийя и Сафура…

— Кто по профессии ваш отец?

— Он окончил сельскохозяйственный техникум в Агдаше. Недолго бригадиром работал в нашем колхозе, но не поладил с председателем и уволился. Некоторое время нефтяником в Баку работал. Потом устроился на заводе железобетонных изделий в Уджаре компрессорщиком. Там он работал вплоть до 1996 года, пока завод не развалился из-за прекращения поставок сырья из России. В течение двадцати лет он каждый день на попутных машинах добирался до Уджара и потом обратно.

— Сколько километров от вашего села до райцентра?

— Примерно километров десять. Но прямого автобусного рейса между нашим селом и Уджаром не было. Его и теперь нет.

— А село большое?

— Очень большое. Кажется, по входит в пятерку крупных сельских населенных пунктов. Больше шести тысяч жителей. У нас три школы. При мне одна была восьмилетняя, теперь и она стала средней.

— Село благоустроено?

— Асфальтированных дорог нет. Газ в советское время было, потом подача прекратилась, трубы все заржавели. Года два назад газ провели по-новому, трубопровод теперь подземный, современный. С электричеством тоже теперь проблем нет. Воды только качественной нет. Она поступает по открытым каналам из Мингечаурской плотины.

— Земля хорошая?

— Нет, не очень. Поэтому хороший урожай дает в основном гранат. Еще и виноград неплохо растет.

— А колхоз что выращивал в советское время?

— Хлопок. В школьные годы мы все до ноября хлопок собирали…

Я сначала в третьей школе учился, которая тогда была восьмилетней, а окончил первую школу. В 1990 году. Утро двадцатого января помню так, как будто все случилось вчера. Нам Боюкага муаллим сообщил, какая трагедия в Баку произошла. В классе все девчонки заплакали, потом плакали мы все… Помню, как Гюльшан муаллим, молодая учительница, меня с одним моим товарищем послала на почту, и мы дали телеграмму в Верховный Совет СССР с требованием освободить Этибара Мамедова…

— Были у вас активные учителя?

— Да, активные, патриотичные…Школа наша была хорошая. Из нашего села вышли ученые, журналисты, чиновники…

БАГИРОВ под флагом

Я хотел стать историком. Подал документы в исторический факультет Азербайджанского государственного университета. Экзамены сдал, но конкурс был большой, не прошел. Весной 1991 года меня забрали в армию. Тогда еще призывали в Советскую армию. Попал в Петербург, в ПВО. После учебки стал оператором РЛС, службу прошел в городе Кавдоре, на границе с Финляндии.

— В конце 91 года СССР не стало. Вас не отпустили?

— Со мной из Азербайджана было много ребят. Мои земляки, ребята из Ленкорани. Мы командиров попросили, чтобы нас отпустили, но они не согласились, сказали, что заменить нас не с кем будет. Ребята бежали, но их ловили и возвращали обратно. Некоторым все- таки удалось убежать с помощью родственников, которые приезжали за ними. А я там закончил службу в 1993 году…

После армии год примерно провел в деревне, делал всякие работы по хозяйству. Время было тяжелое. Не видел там для себя перспективы. Поэтому через год уехал в Россию. Сначала в Черкесск, где жил мой армейский товарищ Алибек, ногаец. Там пытался заняться коммерцией, но без особого успеха. В то время и там была большая безработица, денег у населения не было. В 1995 году приехал в Самару, здесь в то время жил мой двоюродный брат Али. Теперь он живет в Москве…

БАГИРОВ за столом

Здесь также занялся предпринимательством, сначала с Али, потом отдельно. Одно время работал на Каховском рынке. Теперь этот рынок ликвидирован, но я оттуда ушел давно. У меня бизнес в Безымянском рынке.

С 2000 по 2005 году здесь жил и работал со мной брат Бахруз. Потом, когда он обзавелся семей, вернулся на родину. Родители стареют, из нельзя было оставлять одними…

Есть у меня еще сестра Севиндж. Замужем, живет в соседнем селе Гарабёрк.

— Как родители живут?

Отец родился в 1939 году, но в декабре, поэтому свой возраст считает с сорокового года. Мать по этому поводу подшучивает над ним. Мать на пятнадцать лет моложе отца. В прошлом году собрались всей семьей и отметили ее шестидесятилетие. Она родилась в июле, не всегда летом удается собраться. Зовут маму Тамилла.

У отца некоторые проблемы со здоровьем. Водил его в Мардакян, Нафталан. И сюда, в Самару приезжал. Отец любит поездить, попутешествовать, но мама не хочет оставаться одной…

Женился я относительно поздно, в двадцать восемь лет. Супруга моя Биллур моложе меня на восемь лет. Она моя односельчанка. Но, в отличие от меня, у нее аристократические корни. Предки ее были беки. Родители супруги, Нусрат бей и Рафига ханым, замечательные люди, я до сих пор считаю, что они оказали мне честь, выдав свою дочь за меня замуж.

— А ваши родители ладят с родителями супруги? Ведь по-разному бывает…

— Очень хорошо ладят. Очень теплые отношения.

У меня четверо детей. Гюльшан самая старшая, она родилась в 2002 году. Перешла в седьмой класс. После Гюльшан родился сын, мой отец назвал его Эльтоном. Тамилле, которую назвали в честь мамы, десять лет. В 2010 году родился младший сын Эмир….

ДЕТИ 1 троеБАКУ НАБЕРЕЖ.

(полностью материал будет опубликован в ближайшем номере «Очага»)

“ƏKİNÇİ”: AĞLAYIN Kİ, BİZİM MÜSƏLMANLARIN BİRCƏ QƏZETİ DƏ BASDIRMAĞA ADAMI YOXDU…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Bir aydır bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biqz qəbul etmişik. Ona binaən indi onları izhar etməyi lazım bilirik. Amma bizə məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirlər. Bi diqqət edən kəslərə o zəhmətlərdən bir az danəşmağı vacib bilirik. Dörd ildir ki, bu qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq. Bu zəhmətlətə heç bir qəzeti öz nəfindən ötrü çap edən razı olmaz və əgər qəzet basdırmaqdan bizim muradımız ondan mənfəətbərdar olmağımız olseydi, onun dəyərini gərək iyirmi, bəlkə otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən söyləyək. Bizim müştərilərdən cəm olan məbləğ qəzetə olunan xərcə çatışmır və bizim zəhmətimizin əvəzində bu halda nə ki bizə bir həddə, bir quruş qalmır, bəlkə artıcaq zərər də olur.

Bizim zəhmətimiz həddən çıxıb. Bu mətləbi özümümz yazıb ağardıb çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm, hətta bizim müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin ya hürufatını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir tövr yola gedərdik. Amma dərd budur ki, bizim elə zəhmətimiz var ki, qeyri basdıranların onlardan heç xəbəri yoxdur. Əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn, q, k, r və l artıq işlənir, ona binaən ol hürufaq qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin məzmununu və qeyri əhvallatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözləri yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi çapxanamız yoxdur. Qəzetimiz gubernski pravleniyasının çapxanasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdu.

“ƏKİNÇİ”, 21 avqust 1875

“ƏKİNÇİ”DƏKİ YAZI İRANLA İRAQ ARASINDAKI MÜHARİBƏNİN TARİXİNƏ İŞIQ SALIR

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Osmanlı dövlətilə İran dövlətinin sərhəd barəsində münasibətləri bu gunə olub: 1840-cı sənədə Ərzrum şəhərində yazılan sülhnaməyə görə məzkur dövlətlərin sərhədi Şat şəhəri, yəni Şat çayı olub. Ol sülhə görə Şat nəhrinin içində olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin əlində qalıbdır. Çünki Şat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən sonra Şat çayı zikr olan Məxməri cəzirəsini yuyub bilmərrə aparıbdır. Şimdi Şat nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur. Bu təzə Şat axan yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu yerin təxmilə tulu 35 və ərzi 2 ağacdır. Bu mübahisəni qət etməkdən ötrü məzkur dövlətlər tərəfuindən müəyyən olan komissiya o mübahisəyə baxıb. Şimdi qəzetlərdə söyləniur ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmağı Avropa padşahlarının birinə rucu olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma İran razı olmağı məlum deyil.

“ƏKİNÇİ”, 22 iyil 1975

“OCAQ” qəzetindən:

Elə sözü gedən bu kiçik ərazi üstündə 1980-cı ildə İranla İraq arasında səkkiz il çəkən müharibə başlandı, hər iki tərəfdən bir neçə milyon insan qırıldı.