Bir ildir ki, badkubənin sudebni pristavı erməni Sukyasov min səkkiz yüz manat padşahlıq pulun özünə məsrəf eləməkdən ötrü məhbus olmuş idi. Bu yanvarın 13-də onun işi qət olan zaman Badkubə erməniləri siyahi üzilə ol məbləği cəm edib suda veriblər. Ona binaən sud onu qulluqdan əzl edib əldən qoyubdur. Bizim müsəlmanlardan belə işə 5 qəpik də verən olmaz.
===============================
Peterburqda təzədən Rusiyada ixtira olunmuş tüfəng ilə əsgərlər məşq edirlər. Onu hava ilə doldururlar, gülləsi 70 arşın gedir və tüstüsü olmur.
===========================================
Andraşinin sülhnaməsini hələ Osmanlı qəbul etməyib. Deyirlər İngilis də təkid edəcək ki, qəbul etsin.
===================================
Daşkənddən yazırlar ki, avtavabaçıbaşı təzədən Acid şəhərində qəzavət üçün 10 000 əsgər cəm etmiş imiş, amma Namanqanda olan rus əsgərləri onları pərakəndə ediblər.
================================
Peterburqda Ştiqlis adlı bir kəs bir milyon manat verib ki, ol məbləğ ilə bir şəkil çəkmək məktəbxanası açılsın.
============================
Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin sulamaq adətlərini cəm edib bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə paylansın.
===============================================
Tiflisdə ermənilər və gürcülər öz dillərində həmişə teatr çıxardıllar, amma bu çağacan onların həmişəlik imarəti yox idi. İndi istəyirlər dəftər ilə pul yığıb teatr üçün imarət təmir etsinlər.
“ƏKİNÇİ”, 18 yanvar 1876
Для отправки комментария необходимо войти на сайт.