ZƏRDABİNİN HEYKƏLİNİ SÖKƏK, KİTABLARINI YANDIRAQ

Стандартный

Bizim bildiyimiz adlardır və sevgimiz də adlaradır:

Nizamilər, füzulilər… Azərbaycanda nə nəqər Füzulini oxuyan var?

İndiki Salyanda Əliyevin heykəli orqanik, üzvi, yəni kobud desək, yerində görünür, ancaq orda doğulmuş Əli bəy Hüseynzadənin cəbhə vaxtı tələsik qoyulmuş heykəli yox. Hansı salyanlı Əli bəyin hansı bir məqaləsinisə oxuyub? Əliyev başqa məsələ. İndiki salyanlıların əksəriyyəti əliyevlərin hökmranlığı dövründə doğulub-böyüyüb. Onun heykəli qoyulan yerdən əlli metr aralı pambıq vaxtı otuzacan avtobus dayanardı səhər tezdən, xırda uşaqları çalğıyla o avtobuslara dolduruB aparırdılar rayonun kəndlərinə zəhərli tarlalarda pambıq yığmağa…

Yasını saxladığımız hadisələr iki-üç sözdən ibarət ada qədər daralıb: Xocalı qırğını, Qara yanvar…

Kim bir-iki Xocalı qurbanının adını çəkər? Mən rus və Azərbaycan dillərində siyahını “Ocağ”ın bloquna qoymuşam – baxan yoxdur…

Mən burda Samara azırbaycanlılarının hər il keçirdiyi Xocalı ya Qara yanvar tədbirində ancaq xəcalət çəkirəm… Hərçənd ağlayan da olur. Bəzi insanlar Putindən bir gözlə ağlamağı öyrəniblər… Həmin bu adamlar doxsanıncı illərin əvvəlində daban əlli altı ordan qaçıblar…

Heyf o zülmlə qırılanlara…

“Əkinçi” qəzetinin adını çox adam bilir. Bu qəzetdən daha nə bilirik?

İki aydır ki, “Əkinçi”nin məqalələrindən seçib təzədən yığır (şrift uyğunsuzluğu var), “Ocağ”ın bloqunda yerləşdirirəm. Oxuyan yoxdur. Bir nəfər, lerikli Füzuli Hüseynov, azərbaycanca hamımızdan savadlı yaznb talış oğlu bu yazıları FB-da paylaşır…

Bizim millət adları sevir. Həm də əsasən ölü adlarını. Bizim qəzetin 125 nömrəsi çıxıb, çox şeydən yazmışıq. Rusiya azərbaycanlılarının ikinci onillik ərzində fasiləsiz çıxan çox az qəzetlərindən biriyik. İndiyəcən Azərbaycanda bir adam maraqlanıb? Starçeviskinin lüğətindən yazdım, kaftarlar cəmdək üstünə tökülən kimi töküldülər. Hamı alim olmaq istəyir, hamı özünü qaldırmaq, gözə soxmaq istəyir, bu insanlar üçün Xocalı da, Yanvar da özlərini xatırlatdırmaq üçün vasitədir.

Biz son dəfə Xocalı tədbirində vəzifə məsələsini müzakirə etdik. Bir gözlə ağlayandan sonra…

İlham Əliyev Rəsulzadənin 130 illiyini qeyd etmək barədə fərman verdi, nəticəsi də bu oldu ki, kişinin yeganə barelyefini də sökdülər.

İlham Əliyev “Əkinçi” barəsində də fərman verib. Kş elə Həsən bəy Zərdabinin də heykəlini yubiley nünasibətilə sökələr, Zərdabinin kitablarını yığıb yandıralar.

Onsuz da bizim sevgimiz ancaq adlaradır…

X.X.

25.06. 2015 Samara

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s