Daily Archives: 21.06.2015

“ƏKİNÇİ”: TİFLİS-BAKI DƏMİRYOLU 221 58 000MANATA BAŞA GƏLƏCƏK

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Tiflisdən Badkubəyə dəmiryolu təmir olunmağı xalqa məlumdur. İndi Peterburq qəzetləri bəyan edirlər ki, onun tuli 520 verst olacaqdır. Onu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən ijma təmir edəcək. Onun xərci 221 58000 manat, yəni hər verstə 42537 manat olacaqdır. Onun stansiyalarının yeri Tiflisdə və Badkubədə məkum deyil, amma məlumdur ki, Badkbədən dərya kənarı ilə gedəcək haccıabula, Hacqabuldan o yanahansı tərəfdən gedəcəyi genə yəqinən məlum deyil. Ya Kür çayınnı kənarı ilə, ya da dağ ətəyi ilə gedəcək. Javaddan yuxarı gedib Mollakənddən, Zərdabdan keçib Pirəzəyə gedəcək, oradan Kürü keçib Çinlidən, Gorandan Gəncəyə gedəcək və əgər dağ ətəyi ilə getməli olsa, Hacıqbuldan gedəcək Paşalıya, Qaraqaşlıya, Qarabucağa, Məlik kəndinə, Çinliyə, Mixaya, Qarautana, oradan Kürü keçib, əgər igləyədən, Təkqayadan, Dəli titldən Gəncəyə gedəcək.

Bu iki tərəflərdən ümid çoxdur ki, Kür kənarilə getsin. Gəncədə stansiya şəhərin şimal tərəfində olacaq, oradan gedəcək Tovuza, Ağstafaya, Salahlıya, oradan genə kürü keçib Dəmirçi Həsənlidən, Hacılıdan, Axtalıdan Tiflisə gedəcək. Dəmiryolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə gedilən yolu bir günə rahat gedir. Ondan masəva bizim yerlərimizdən və mallarımızdan hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badkubə şəhərlərinə və qeyri yerlərə aparıb artıq qiymətə satmaq olur. Ona binaən bizim indi az mədaxil götürən yerlərimiz birə-beş artıq mədaxil götürəcək. Əlbəttə, bu xeyirləri hər kəs vaxtında görüb biləcəkdir. İndi onlardan danışmağımıza səbəb oldur ki, bizə məlumdur bir neçə dövlətli kəslər xahiş edirlər dəmiryolu gedən yerlərdə bəyzadələrin məxsusi yerlərin alıb onları dövlət tərəfindən olan mərhəmətdən mərhum etsinlər. Ona binaən vacib bilib bəyzadələrimizi sərhesab edirik ki, məzkur yerlərdə ya onların yavıqlığında olan yerlərini satmayıb təmir yolu təmir oluncan saxlasınlar ki, ol vaxtda onlar birə-beş artıq qiymətə gedəcək.

“ƏKİNÇİ”, 5 sentyabr 1875

Реклама