Daily Archives: 19.06.2015

“ƏKİNÇİ”: AĞLAYIN Kİ, BİZİM MÜSƏLMANLARIN BİRCƏ QƏZETİ DƏ BASDIRMAĞA ADAMI YOXDU…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Bir aydır bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biqz qəbul etmişik. Ona binaən indi onları izhar etməyi lazım bilirik. Amma bizə məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirlər. Bi diqqət edən kəslərə o zəhmətlərdən bir az danəşmağı vacib bilirik. Dörd ildir ki, bu qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq. Bu zəhmətlətə heç bir qəzeti öz nəfindən ötrü çap edən razı olmaz və əgər qəzet basdırmaqdan bizim muradımız ondan mənfəətbərdar olmağımız olseydi, onun dəyərini gərək iyirmi, bəlkə otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən söyləyək. Bizim müştərilərdən cəm olan məbləğ qəzetə olunan xərcə çatışmır və bizim zəhmətimizin əvəzində bu halda nə ki bizə bir həddə, bir quruş qalmır, bəlkə artıcaq zərər də olur.

Bizim zəhmətimiz həddən çıxıb. Bu mətləbi özümümz yazıb ağardıb çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm, hətta bizim müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin ya hürufatını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir tövr yola gedərdik. Amma dərd budur ki, bizim elə zəhmətimiz var ki, qeyri basdıranların onlardan heç xəbəri yoxdur. Əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn, q, k, r və l artıq işlənir, ona binaən ol hürufaq qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin məzmununu və qeyri əhvallatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözləri yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi çapxanamız yoxdur. Qəzetimiz gubernski pravleniyasının çapxanasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdu.

“ƏKİNÇİ”, 21 avqust 1875

Реклама