Daily Archives: 18.06.2015

“ƏKİNÇİ”DƏKİ YAZI İRANLA İRAQ ARASINDAKI MÜHARİBƏNİN TARİXİNƏ İŞIQ SALIR

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Osmanlı dövlətilə İran dövlətinin sərhəd barəsində münasibətləri bu gunə olub: 1840-cı sənədə Ərzrum şəhərində yazılan sülhnaməyə görə məzkur dövlətlərin sərhədi Şat şəhəri, yəni Şat çayı olub. Ol sülhə görə Şat nəhrinin içində olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin əlində qalıbdır. Çünki Şat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən sonra Şat çayı zikr olan Məxməri cəzirəsini yuyub bilmərrə aparıbdır. Şimdi Şat nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur. Bu təzə Şat axan yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu yerin təxmilə tulu 35 və ərzi 2 ağacdır. Bu mübahisəni qət etməkdən ötrü məzkur dövlətlər tərəfuindən müəyyən olan komissiya o mübahisəyə baxıb. Şimdi qəzetlərdə söyləniur ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmağı Avropa padşahlarının birinə rucu olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma İran razı olmağı məlum deyil.

“ƏKİNÇİ”, 22 iyil 1875

“OCAQ” qəzetindən:

Elə sözü gedən bu kiçik ərazi üstündə 1980-cı ildə İranla İraq arasında səkkiz il çəkən müharibə başlandı, hər iki tərəfdən bir neçə milyon insan qırıldı.

 

 

 

 

Реклама