Daily Archives: 17.06.2015

«ƏKİNÇİ»: İSTANBULDA UNİVERSİTET BİNA EDİLƏCƏK

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Osmanlı dövlətinin borcu çox olduğuna görə xərci gəlirindən ziyadədir. Bu artıcaq xərci ödəməkdən ötrəri təsəvvür var. Əvvala, qeyri dövlətlərin yerlərindən gələn malın gömrük xərcin artırsınlar. Bu çağadək belə malın 100 manat qiyməti olanda 7 manat xərc alınırdı. Şimdi istəyirlər 100 manata 20 manat alsınlar. Saniyən, Misir xərcin artırsınlar. Bu çaöadək Misir 1500 000 manay xərc verir idi. İndi istəyirlər 3 000 000 manat xərc alsınlar. Salisən, qulluq edən kəslərin məvacibini azaltmaq istəyirlər. Bu məvacibi azaltmaq bu qayda ilə olacaq: vəzirlərə və vali, yəni qubernatorlara irəliki məvacibin üçdən bir hissəsin vermək xahiş edirlər və savayı qulluq edən əgər ayda 3 000quruşdan ziyadə məvacib alırsa, onlara son məvacibin nifsin verəcəkdirlər. Osmanlı dövləti  Firəngistanın paytaxtı Parij şəhərində öz xərci ilə çox adama təlim verdirir. Qəzetlərdən belə məlum olur ki, elmi-təbiyyədən savayı təhsil edənləri qaytarıb geri gətircəkdirlər və onlara xərc olunan pul ilə İstanbulda bir böyük məktəbxana, yəni universitet bina edəcəkdirlər.

“Əkinçi”, 5 avqust 1875

Реклама