“ƏKİNÇİ”: MEYVƏNİ ÇÜRÜMƏKDƏN NECƏ QORUMAQ OLAR?

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

     ELM XƏBƏRLƏRİ

Hər malın südü bir xasiyyətdə olmaz, yəni bəzi süd duru və bəzi qəliz olur. Suru südün suyu və qəliz qaymağı çox olur. Ona binaən sağmal mal alan kəslərə məsləhətdir onu alandan irəli onun südünü imtahan eləsinlər. Belə imtahanı yaxşıdır bir şüşə düdük ilə üdəsən ki, o düdük dərəcəyə bölünmüş ola. Onun içinə on dərəcə süd töküb onun qaymağı tamam yığılıncan saxlananda əgər on dərəcə süddən bir dərəcə ya on qaşıq süddən bir bir qaşıq qaymaq əmələ gəlsə, süd yaxşı süddür. Elə ki, onun qədəri az oldu, o süd yamandır.

——————————————————

Yayda isti olduğuna heyvanların tükü az və dərisi nazik olur, amma qışda onların tükü çox və dərisi qalın olur. Həmçinin təzə doğulan heyvan əgər yayda doğulmuş isə onun dərisi nazik və tükü az olur. Amma qışda doğulanların tükü çox və dərisi qalın olur. Bu səbəblərə qış dərisi  yay dərisindən artıq qiymətə gedir. Ona binaən ki, qışda dərisinin tükü çox olduğuna isti olur və yumşaq və qalın olduğuna onlardan qayrılan şeylər əla olur.

——————————————————

Meyvələrin çürüməyinə səbəb onlara hava dəymək ilədir. Əgər hava dəyməsə, meyvə çürüməz. Ona binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır onları havadab mühafizət edəsən.Onları bir neçə tövr ilə, o cümlədən ərinmiş muma batırmaqla havadan mühafizət etmək olur. Bir qabda mumu əridib meyvənin saplağından tutub onun içinə salıb çıxarasan. Gərək mum çox isti olmasın. Onu çıxarandan sonra mum soyuyuncan yerə qoymayasan. Onları muma batıranda onların üzündə mumdan nazik pərdə qalır. O pərdə onları havadan mühafizət edir.

“Əkinçi”, 20 sentyabr 1875

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s