“ƏKİNÇİ”: İRƏVAN UYEZDİNDƏ ADAMYEYƏN HEYVAN?

Стандартный

 İrəvandan, şananın 222-də Məhəmmədəli bəy Vəliyev yazır ki, bir neçı həftədir İrəvan uyezdinin Dəvə qəryəsində adamxor heyvan peyda olubdur. Gecələr gəlib evlərdən uşaqları aparıb yeyir. İndiyəcən 13 nəfər uşaq yeyib və həmçinin Çəgin mahalının bir para kəndlərindən bir neçə uşaq dəxi aparıbdır. Ol heyvanı görənlər deyirlər ki, onun rəngi qırmızıya maildir və özü itə oxşayır. Amma bəziləri deyir rəngi qaradır və qurda şəbahəti çoxdur. Ol kəndlərin xalqı əlində tüfəng qarovul çəkirlər, amma onu görmək müyəssər olmur. Bu halda cənab uyezdni naçalnik Şaqubatov bu barədə silist edir. Dünyada heç bir heyvan yoxdur ki, insanın şücaətindən və gözlərinin nurundan qorxmasın. Ona binaən olmaz ki, heyvan adamxor olsun. Doğrudur, ağ pələng, qurd və kaftar düşəndə bir uşaq aparırlar. Amma onlar aclıqdan bu qələti bir edib, bir də dəxi etməzlər. Xülasə, bu xəbərin həqiqətini bilməkdən ötrü çox intizar varıq və ümidvarıq ki, Məhəmmədəli bəy onun keyfiyyətini yazıb bizə məlum eləsin.

“Əkinçi”, 5 oktyabr 1875

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s