Bizim vilayətimizdə barama qurduna həmişə çəkil yarpağı verirlər. Amma Firəngistanda və qyeri yerlədə imtahan üçün onlara qeyri yarpaqlar verib görüblər kİ, qeyri yarpaqları yeyən qurdların braması qeyri rəngdə olur. Məsələn, üzüm ağacının, yəni tənəyin yarpağını yeyən qurdun baraması qırmızı rəngdə, kahı yarpağını yeyənin ki yaşıl rəngdə və gicirtkan yarpağının yeyəninki bənövüş rəngdə olur. Məzkur yarpaqlar ilə qurdları çəkil yarpağı ilə saxlayan kimi saxlamaq olur, yəni əvvəldən axıracan onlara zikr olan yarpaqları vermək olur. Amma bəzi kəslər qurdlara əvvəl zaman çəkil yarpağı verib barama sarımağa 20 gün qalmış zikr olan yarpaqları verib görüblər ki, genə onların baramasının rəngi qeyri cürə olubdur.
“Əkinçi”, 20 oktyabr 1875
Для отправки комментария необходимо войти на сайт.