Daily Archives: 13.06.2015

«ƏKİNÇİ»: BİR TOYUQ ÖMRÜNDƏ NEÇƏ DƏNƏ YUMURTLAYA BİLƏR?

Стандартный

EKIN

ELM XƏBƏRLƏRİ

Almaniya qəzetləti yazırlar ki, bir toyuq ömründə 600 yumurta yumurtlaya bilir. Əvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214 yumurtlayır. Amma dörd yaşından sonra hər il 20 əskik yuçurtdayır. Belə olan surətdə yumurtadan ötrü toyuq saxlayan gərək 3 ya 4 ya 5 yaşında toyuq saxlasın, ondan cahil ya qoca saxlamasın.

================================

Qəzetlərdən belə məlum olur ki, ingilis məmləkətində inək sağmaqdan ötrü bir quttaperçi düdük bina ediblər ki, o düdüyün 4 ucu var. Hər bir ucunun içinə inəyin bir əmcəyini salanda inəyin südü özbaşına qurtarınca axır, sonra düdük özü düşür.

=====================================

İldırım, yağış çox yağan vilayətlərdə çox vaxtda yerə düşüb ziyadə zərər edir və imtahan ilə məlum olubdur ki, ildırım hündür şeylərin, məsələn, hündür ağacın ya hündür evin üstə artıq düşür. Ondan məlum olubdur ki, bəzi ağaclar, məsələn, palıd və qoz ağacları ildırımı çəkdiyinə görə onların üstə çox düşür, amma qovaq və daranqu ağacları onu çəkmədiyinə görə onların üstünə ildırım düşmür. Bu səbəblərə indi Avropa şəhərlərində hər bir evin ətrafında qovaq əkirlər ki, evləri ildırımdan mühafizə etsin.

============================================

Gümüş şeyləri belə təmizləmək olur: bir qazanda kartofeli bişirib çıxarandan sonra onun suyunu iki saat saxlayıb o su ilə fümüş şeyləri yuyanda onlar çox təmiz olurlar. Guya onları torpaq ilə sürtmüsən. (Gümüş şüyi torpaq ilə və ya qeyri şüy ilə sürtmək yaxşı deyil, onda gümüşün qədəri azalır).

=================================================

Yolunmamış quşları saxlamaq çox müşküldür. Ona binaən ki, onlar tez iyiyib xarab olurlar. İndi ingilis qəzetlərində yazırlar ki, başı kəsilmiş quşu saxlamaqdan ötrü onun boğazına bir yumru kömür soxub sap ilə bərk bağlayıb bir quru və külək dəyən yerdə asanda onları bir neçə gün saxlamaq olur.

========================================================

Bu çağadək yanqını su ilə keçirirdilər idi, amma indi məlumdur ki, yanğı çox şiddət edən zaman onun üstə su tökən zaman su özü yanır. Bu səbəblərə indi Amerikada su buğu ilə yanğını keçirdirlər.

Bu elm xəbərlərini yazıb Əsgər Mirzə Adıgözəlzadə GORANİ.

18 noyabr 1875

Реклама